Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dünyanın Bakıya toplaşması ölkəmizin sabitləşdirici aktor kimi artan roluna işıq salır ŞƏRH

Dünyanın Bakıya toplaşması ölkəmizin sabitləşdirici aktor kimi artan roluna işıq salır  ŞƏRH

Bakı, 13 noyabr, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyevin “Dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!” çağırışı hazırda planetimizə səs salan, Azərbaycanın gündən-günə yüksələn beynəlxalq nüfuzunun göstəricisi olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) mahiyyətini, ölkəmizə qazandırdığı növbəti dividendləri özündə ehtiva edir. Bu gün ölkəmiz qalib, bütövləşən, yeni dövrün reallıqlarını yaşayan Azərbaycan olaraq COP29 kimi son dərəcə möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edir. İki həftə ərzində dünyanın mərkəzinə çevrilmək Azərbaycanın bu günə qədər keçdiyi yolun, eyni zamanda, tədbirdən sonrakı dövrün reallıqları barədə aydın təsəvvür yaradır. Prezident İlham Əliyev COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında bu rəqəmləri xüsusi qeyd etdi ki, tədbirdə iştirak etmək üçün 196 ölkədən 72 min iştirakçı qeydiyyatdan keçib. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var.

Təbii ki, bu rəqəmlər özündə mühüm məqamları ehtiva edir. Öncə qeyd etməliyik ki, 200 ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin Azərbaycana verilməsi dünya birliyinin ölkəmizə olan hörmətinin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsidir. Azərbaycan yerləşdiyi coğrafi məkana görə ölkələr, xalqlar arasında körpü rolunu oynayır. Dünya ictimaiyyətinin dərin hörmətini qazanan Azərbaycan yaratdığı yeni körpülərlə bu rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında xüsusi vurğuladı ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini salır. Ölkəmizin başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

O qeyd edib ki, bu gün Bakıda öz işini uğurla davam etdirən COP29 yeni əlaqələrin qurulmasında, körpülərin salınmasında əhəmiyyətli rol oynayacaq. Prezident İlham Əliyevin COP29 çərçivəsində keçirdiyi ikitərəfli görüşlərin say tərkibinə, müzakirə olunan məsələlərin əhatə dairəsinə diqqət yetirsək, Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyini, söz sahibliyini aydın şəkildə görə bilərik. Liderlər Sammitindəki çıxışlarda səsləndirilən fikirlər də bir daha bu gün Azərbaycanın yaratdığı yeni reallıqlar, müxtəlif sahələrdə zəngin təcrübəsi ilə sivil dünyanın diqqətində olduğunu təsdiqləyir. Azərbaycanın qlobal çağırışları yüksək səviyyədə cavablandırması, bu problemlərin həlli üçün beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyini bildirməklə yanaşı, bu məsələlərin reallaşmasına verdiyi davamlı töhfələr beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmır.

V.Rəhimzadə vurğulayıb ki, Azərbaycanın beynəlxalq arenada oynadığı rol, Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına uğurlu sədrliyi, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişafına töhfələri göz qabağındadır. Azərbaycanın BMT-dən sonra dünyada ikinci ən böyük siyasi təsisat olan, sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 illik sədrliyi dövründə qurumun beynəlxalq nüfuzunun artırılması yönümündə atdığı addımlar qazanılan uğurlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin Liderlər Sammitindəki çıxışında qeyd etdiyi kimi, Azərbaycan 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Azərbaycan, həmçinin təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan Avropa İttifaqının 10 üzvü ilə sazişlər imzalayıb və Strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib. Bütün bunlar iqlim dəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasında körpülərin salınmasında çox faydalı və yardımçı ola biləcəyini söyləməyə əsas verir. Azərbaycan çoxtərəfliliyin tərəfdarıdır. Eyni zamanda, mədəniyyətlərarası dialoqda fəal rol oynayırıq. BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Multikulturalizm dövlət siyasətimizdir və həyat tərzimizdir. Azərbaycan xalqı etnik və dini mənsubiyyətindən asılı olmayaraq sülh və razılıq şəraitində bir ailə kimi yaşayır.

Deputat bildirib ki, hər bir beynəlxalq əhəmiyyətli tədbir həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynayır. COP29-un iştirakçılarının çoxluğu, ən əsası böyük əksəriyyətinin ölkəmizdə ilk dəfə olması Azərbaycan həqiqətləri barədə dolğun məlumat əldə etmələri ilə yanaşı, onları ölkələrində təbliğ etmələrinə geniş imkanlar yaradacaq. Tarixi Zəfərimizdən sonra hazırda işğaldan azad edilmiş ərazilər genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır. Liderlər Sammitindəki çıxışlarda da qeyd olunduğu kimi, dağılmış şəhərlərimiz, kənd və qəsəbələrimiz Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində yenidən bərpa edilir. Bu, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanır. Qonaqlar ölkəmizlə daha yaxından tanış olmaq, onun tarixini, ənənələrini və mədəniyyətini öyrənmək imkanı qazanırlar. Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında diqqəti bir daha 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına yönəldərək qeyd etdi ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına, etnik təmizləməyə və bir milyon azərbaycanlının öz doğma torpaqlarından qovulmasına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Dörd il öncə biz İkinci Qarabağ müharibəsində tarixi Qələbəni qeyd etdik. Bir il əvvəl biz BMT-nin Nizamnaməsinə, beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizi tam bərpa etdik. Biz həmin qətnamələri özümüz icra etdik, beynəlxalq hüququ, ədaləti bərpa etdik və Ermənistanın işğalına son qoyduq.

V.Rəhimzadə Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasətinin davamlı uğurlara yol açdığını, ən əsası yeni dostlar və tərəfdaşlar qazanmasına geniş imkanlar yaratdığını vurğulayıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi əsasdır. Yeni dövrün çağırışları bu sahədə uğurların davamlılığını şərtləndirir. Hazırda ölkəmizdə yaşıl enerjiyə keçid prioritetdir. Azərbaycanın yaşıl enerji tərəfdaşlarının coğrafiyası getdikcə genişlənir. Bunu bu günədək imzalanan sənədlər, eyni zamanda, COP29-un dünyanın marağında olması bir daha təsdiqləyir. COP29-da Britaniya, İtaliya, İspaniya, Belçika, Danimarka, Finlandiya, Polşa, Yunanıstan, Çexiya, Xorvatiya, Serbiya və digər ölkələrin rəhbərlərinin, Avropa İttifaqı Şurasının Prezidentinin nümunəsində liderlərin fəal iştirakı, Azərbaycanın ünvanına səsləndirilən xoş sözlər, ölkəmizlə bağlı təəssüratlar respublikamıza beynəlxalq baxışın nə qədər yüksək səviyyədə olduğunu nümayiş etdirir. Ölkəmizin qlobal problemlərin, o cümlədən iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində göstərdiyi səylər real addımlarda özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın qlobal əməkdaşlığa növbəti çağırışının təqdimatı oldu. Prezident İlham Əliyev çıxışında bu rəqəmlərə də diqqəti yönəltdi ki, bərpaolunan enerjidə texniki potensialımız quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edir. Ötən il Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti regionumuzda 230 meqavatlıq Günəş enerji stansiyasının açılışını etdi. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti isə hazırda 240 meqavatlıq külək enerjisi stansiyasını tikir. COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerji stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırılır. Dövlətimizin başçısı “Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb” söyləyərək addımların davamlı olacağına əminliyini ifadə etdi. Göründüyü kimi, yaşıl enerji gündəliyimiz Azərbaycanın müxtəlif bölgələrini əhatə edir. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib.

Qısa təhlil əsasında ümumiləşdirmə aparan deputatın sözlərinə görə, Azərbaycan növbəti uğur hekayəsini yazır. COP29 Azərbaycana böyük iqtisadi və siyasi dividend qazandıracaq. Yeni əlaqələr, yeni körpülər qurulacaq. Azərbaycan bu əlaqələrin təşəbbüsçüsü və iştirakçısı olaraq beynəlxalq arenada söz sahibliyini daha da artıracaq. Dünyanın Bakıya toplaşması, qlobal məsələlərin məhz Azərbaycanda müzakirə olunaraq ümumi mövqeyin ortaya qoyulması ölkəmizin sabitləşdirici, birləşdirici aktor kimi artan roluna işıq salır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan DİN külli miqdarda narkotik və psixotrop maddələrin ölkəyə qanunsuz idxalının qarşısını alıb

Qobustanda Vətən müharibəsi şəhidinin xatirəsi yad edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Şahin Bayramov: Dövlət müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyəti, milli birliyimizin və gələcəyimizin başlıca təminatıdır

“Əl-Ərəbiyə”: Misir Milli Müdafiə Şurası Səudiyyə Ərəbistanına hərbi yardım göstərilməsi barədə qərar qəbul edib

Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edib

Ukrayna Silahlı Qüvvələri Rusiyanın hərbi məqsədli obyektlərinə hava zərbələri endirib

Zelenski: Rusiya atəşkəsdən sonra Ukraynanın enerji sektoruna 76 dəfə hücum edib

İranda müdafiə naziri vəzifəsinə yeni təyinat təsdiqlənib

Çempionlar Liqası: “Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub

Sabahın hava proqnozu açıqlanıb

Vətən müharibəsinin xronikası: 18 oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

FHN: Lökbatanda anbarda baş vermiş yanğın söndürülüb

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bu saata olan əsas xəbərlər

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb