Dünyaya yaxın olan, yaşamağın mümkün olduğu yeni planet kəşf edilib
Bakı, 24 fevral, AZƏRTAC
Astronomlar Yerə nisbətən yaxın məsafədə yerləşən və yaşamağın mümkün olduğu şəraitə sahib ola biləcək yeni bir planet kəşf ediblər. Bu planetin adı “HD 20794 d”dir və onun kütləsi Yerinkindən təxminən altı dəfə çoxdur.
AZƏRTAC “euronews.com” telekanalına istinadla xəbər verir ki, araşdırma “Astronomy & Astrophysics” elmi jurnalında nəşr edilib. Burada ən maraqlı xüsusiyyət planetin öz ulduzunun yaşamağın mümkün olduğu zonada yerləşməsidir. Yəni burada suyun mövcud olması mümkündür. Çünki bir planet ulduzuna çox yaxın olarsa, su buxarlanır, çox uzaqda olarsa, donur. “HD 20794 d” isə bu istilik balansını qoruma potensialına malikdir. Bu planet “82 G. Eridani” adlı bir ulduzun ətrafında dövr edir. Bu ulduz Günəşdən bir qədər kiçik, daha yaşlı və bir az daha sönükdür. Planetin ulduzuna olan məsafəsi eliptik orbitə görə dəyişdiyindən, bəzən daha isti, bəzən isə soyuq olur. Yəni, planetin ulduzuna ən uzaq nöqtədə olduğu zaman suyun donma ehtimalı var.
Alimlər bu planetin daha yaxından araşdırılmasının vacib olduğunu düşünürlər. Oksford Universitetinin astrofiziki Maykl Kretinyer bildirib ki, bu planetin həqiqətən varlığının təsdiqlənməsi onun üçün böyük bir sevinc olub. Üstəlik, dünyaya nisbətən yaxın olması sayəsində gələcəkdə daha ətraflı müşahidə aparmaq və hətta planetin fotoşəkillərini çəkmək mümkün ola bilər.
Tədqiqatçılar “HD 20794 d” planetinin atmosferində həyat əlamətləri axtarmağı planlaşdırırlar. Gələcək teleskop missiyaları və yeni texnologiyalar bu ekzoplanet barədə daha çox məlumat əldə etməyə kömək edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]