Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat və ya 5,9 faiz artım deməkdir.
AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, icmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılıb. Bu, 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur. 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [21:55]
2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək
- 16.09.2026 [21:36]
Gələn il üçün inflyasiya proqnozu açıqlanıb
- 16.09.2026 [19:02]