Slovakiya ilə məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş Plenar iclasa tövsiyə edilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sentyabrın 16-da keçirilmiş iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” bu il iyulun 8-də Bakı şəhərində imzalanıb. Sazişin məqsədi tərəflər və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir. 17 maddədən ibarət Sazişə əsasən, Azərbaycan tərəfi üçün səlahiyyətli təhlükəsizlik orqanı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfi üçün isə Slovakiya Milli Təhlükəsizlik Qurumudur.
Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası üçün “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” kimi müəyyən edilib.
Qanun layihəsi səsə qoyularaq Milli Məclisin plenar iclasına tövsiyə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [17:17]
Badamdarda yaşayış binasında partlayış olub, 1 nəfər xəsarət alıb
- 16.09.2026 [15:39]
Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyib
- 16.09.2026 [15:38]
Dini-mənəvi əməkdaşlıqda yeni perspektivlər nəzərdən keçirilib
- 16.09.2026 [15:22]
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
- 16.09.2026 [14:21]