Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-də Bakı şəhərində avtobuslarla rekord sayda sərnişin səfəri həyata keçirilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 15-də Bakı üzrə avtobuslarla 2 milyondan çox sərnişin daşınıb.
Qeyd olunub ki, bu, ötən ilin eyni günü ilə müqayisədə 300 min nəfər və ya 18 faiz çoxdur.
Yeni tədris ilinin ilk günü sərnişin axınının artması ilə əlaqədar paytaxtın ictimai nəqliyyat sistemində avtobuslardan istifadənin əhəmiyyətli dərəcədə yüksəldiyi müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [19:02]
Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
- 16.09.2026 [18:52]
Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb
- 16.09.2026 [18:36]
Şəhərətrafı qatar reyslərinin sayı artırılır
- 16.09.2026 [18:24]
Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib
- 16.09.2026 [18:01]