Səttar Bəhlulzadə yaradıcılığında Füzuli obrazı: Muzey Mərkəzində növbəti mühazirə
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Muzey Mərkəzində “Azərbaycan təsviri sənətinin inciləri. Qızıl kolleksiya” sərgisi çərçivəsində növbəti mühazirə təqdim olunacaq. Mühazirə Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, “Səttar Bəhlulzadənin yaradıcılığında şair Füzulinin obrazı” mövzusunda mühazirəni Səttar Bəhlulzadənin ev-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova təqdim edəcək.
Mühazirədə Səttar Bəhlulzadənin yaradıcılığında klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin obrazının bədii təcəssümü, rəssamın yaradıcılıq dünyasında Füzuli irsinin yeri və bu mövzunun sənətkarın əsərlərində ifadə xüsusiyyətləri haqqında ətraflı məlumat veriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzi sənətsevərləri, tədqiqatçıları, tələbələri və mövzu ilə maraqlanan hər kəsi mühazirəyə dəvət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:28]
“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi işıq üzü görüb
- 16.09.2026 [12:47]
“Balaca səyyah” oktyabrda tamaşaçıların görüşünə gələcək
- 15.09.2026 [19:23]