Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

Səməd Vurğunun qızı: İlk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum

AZƏRTAC Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir

Bakı, 16 sentyabr, AZƏRTAC

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilənin növbəti yazısında Azərbaycan Xalq şairinin qızı Aybəniz Vurğunun xatirələrini oxuculara təqdim edir. Bu dəfə o, atası ilə birlikdə etdiyi səfərlərdən, atasının ova olan marağından, eləcə də 1953-cü ildə onunla birlikdə Moskvaya səfərini yada salır.

“1953-cü ildə atamla bir neçə səfərdə olduğumu da xatırlayıram. Fevral ayında o, məni özü ilə Quba rayonuna, seçicilərlə görüşə aparmışdı. Bu səfərdə ilk dəfə xalqın atamı necə sevdiyinin şahidi oldum. Ürəyim qürurla doldu. Qayıdanda yolda atam mənə dedi:

– Abıqız (çox vaxt məni belə çağırardı), daha böyümüsən, anan icazə versə, səni bundan sonra ova da apararam.

O gün sevincimin həddi-hüdudu yox idi. Çünki mən atamın gözəl ovçu olduğunu bilirdim, onu ovda görməyi isə çoxdan arzulayırdım.

Atam ova hazırlaşanda evimizdə toy-bayram olardı. O, çox böyük həvəslə sünbə ilə tüfəngini yağlayar, patrondaşına güllə yığar, ov paltarını, uzunboğaz çəkmələrini geyərdi. Biz uşaqlar da onun ətrafında fırlanıb bir iş tapşırmasını gözləyərdik. Təkcə anam çox zaman onun ova getməsinə etiraz edərdi:

– Səməd, bütün həftəni canına heyfin gəlməyi işləyirsən, bu ov nədir? Bir istirahət elə!

Onda mən həmişə atama tərəf çıxardım. Belə vaxtlarda atam zarafatla deyərdi: “Yenə öz qızım, bu “yad qızı” məni başa düşmür”.

Sonralar böyüyəndə başa düşdüm ki, elə hamıdan çox “yad qızı” – anam onu yaxşı başa düşürmüş. Onun yolunda çəkdiyi qayğılar anama neçə çətin başa gəlirmiş. Çünki atam elə şəxsiyyət idi ki, onu qorumaq, “canına baxmağa” məcbur eləmək mümkün deyildi. O, özü başqalarının qayğısını çəkmək üçün yaranmışdı.

Ovdan qayıdanda çox yorğun olardı. Dəhlizdəki divanda oturub, – “Hə, ay uşaqlar, çəkməmi kim dartıb çıxarar”, – deyəndə bizim aramızda dava düşərdi. Bir-birimizi itələyib hərəmiz bir çəkməsindən yapışardıq. O da mehriban nəzərlərlə bizə baxıb yorğunluqdan güclə gülümsünərdi.

Həmin ilin (1953) mart ayında atam məni ova yox, Moskvaya apardı. Təyyarədə ilk dəfə uçduğum üçün bütün yol boyu atamın fikri məndə idi. Tez-tez: “Özünü necə hiss edirsən, qulaqların batmır ki?” – deyərək əlini çiynimə qoyar, – “ay anam, bacım, bircə qız” sözlərini təkrar edərdi.

Aeroportdan taksi ilə şəhərə yol alanda mən ilk dəfə əsl Moskva qışı gördüm. Atam heyrətimi hiss edib sürücüyə dedi: “Qızım birinci dəfədir belə qar görür. Saxla, düşüb baxsın, ayağı qara dəysin”. Özü də uşaq kimi məni qara basdı.

Sonra yolumuza davam etdik. Yolda sürücü bildirdi ki, indi İ.V.Stalinlə vida günləri olduğu üçün maşın şəhərin mərkəzinə gedə bilməyəcək. Bizi bir metro stansiyasında düşürməli olacaq. Biz metro ilə iki-üç stansiya getdikdən sonra gördük ki, “Moskva” mehmanxanasına qalxan eskalator bağlıdır. Aşağıda iki zabit dayanmışdı. Atam deputat biletini göstərəndən sonra eskalatoru açdılar və biz ikimiz yuxarı qalxdıq.

Küçəyə çıxanda artıq hava qaralmışdı. Atam heyrətlə:

– Qızım, Moskvanı heç belə görməmişdim, küçələr bomboşdu.

Doğrudan da, “Oxotnı ryad”da – indiki Karl Marks meydanında nə bir insan, nə də bir maşın vardı. Sanki əfsanəvi bir yerə düşmüşdük. Bir neçə addımdan sonra mehmanxanaya daxil olduq. Atam əlindəki balaca çamadanı nömrəyə qoydu və biz tələsik restorana düşdük. Restoranda başqa stollarda əyləşən bir çox adamlar atamla görüşmək üçün bizə yaxınlaşdılar. Atam məni o gün Aleksandr Korneyçuk, Vanda Vasilyevskaya kimi tanınmış yazıçılarla və o zaman çox məşhur olan traktorçu qadın Paşa Anjelina ilə tanış etdi. Sonra atamla İttifaqlar Evinə getdik. Hər yer qarla örtülmüşdü. Atam qolumdan bərk-bərk yapışmışdı ki, ayağım sürüşməsin.

İttifaqlar Evinə yaxınlaşanda cərgə ilə düzülmüş əsgərləri, salona yönələn sonsuz insan axınını gördük. Atam bir qapıya yaxınlaşdı. Bizi içəri buraxdılar. Bura sütunlu salonun səhnə arxası idi. Paltosunu çıxardı, qoluna matəm lenti bağladılar. Bir neçə deputatla fəxri qarovulda durmaq üçün səhnəyə tərəf getdi. Mən isə burada qaldım.

Birdən qapı açıldı, Gürcüstan komsomolunun nümayəndələri, bir oğlan və bir qız içəri daxil oldular, onların da qollarına lent bağladılar. Bu zaman bir zabit mənə müraciət eləyib, “istəyirsinizsə, siz də bu yoldaşlarla gedin” – dedi. Mən, tez paltomu – anamın əynimə geydiyim xəz paltosunu çıxartdım. Mənim də qoluma lent bağladılar və biz səhnəyə çıxıb fəxri qarovulda durduq. Heç bilmirəm, nə qədər vaxt keçdi. Birdən dönüb tabuta tərəf baxanda məni ağlamaq tutdu. Bu an kimsə arxadan: “Ay qız, ağlamaq olmaz. Tez bura gəlin” – dedi. Məni başqası əvəz etdi, səhnə arxasına qayıdıb atamı gözlədim. Bir azdan atam gəldi. Geyinib küçəyə çıxdıq. Mən böyük bir həyəcanla atama fəxri qarovulda dayandığımı söylədim. O, zarafatla: “Görkəmindən səni də tələbə biliblər, bilsəydilər ki, doqquzuncu sinifdə oxuyursan, qoymazdılar” – dedi.

Səhəri atam dəfndə iştirak etməyə getdi, mən isə mehmanxananın pəncərəsindən Qızıl meydana yollanan dəfn mərasiminə tamaşa etdim...”

Ardı var...

Əvvəlki materialı oxu 

Müxbir – Günel Alıyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

Nühavn – Kopenhagenin rəngarəng ürəyi - REPORTAJ VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

FHN Salyanda növbəti xilasetmə təlimi keçirib VİDEO

Beynəlxalq Ultramarafonun qalibi: Hər şey ideal təşkil olunmuşdu

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 11 oktyabr

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Fərid Qayıbov: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçıların sayı kifayət qədər artıb

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Süni intellektdən möhtəşəm abidələrə: Qazaxıstan paytaxtından REPORTAJ VİDEO

Azərbaycan Ankarada 4-cü Dünya Mədəniyyətləri Festivalında geniş təmsil olunub

Gəncə terrorunun şahidləri: Altı il keçsə də, həmin gecənin ağrısı unudulmayıb

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB VİDEO

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir