Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli yaddaşın işığında sülhə doğru - ŞƏRH

Milli yaddaşın işığında sülhə doğru -  ŞƏRH

Bakı, 16 sentyabr, AZƏRTAC

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı və böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans Azərbaycanın tarixi-mənəvi irsi ilə Türk dünyası və İslam aləmi qarşısında daşıdığı məsuliyyətin bir nöqtədə qovuşmasını nümayiş etdirən mühüm hadisələrdir. Prezident İlham Əliyevin dini liderlərdən və beynəlxalq konfrans iştirakçılarından ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi fikirlərin əsas xəttini tarixi-mədəni yaddaşın qorunması, müsəlman və Türk dünyasının həmrəyliyi, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yaranmış yeni regional reallıqların sülh və əməkdaşlıq müstəvisində möhkəmləndirilməsi təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O qeyd edib ki, Seyid Yəhya Bakuvi kimi şəxsiyyətlərin irsi Azərbaycan tarixinin yalnız keçmişə aid səhifəsi deyil. Nizami Gəncəvidən Xaqani Şirvaniyə, Nəsimidən Yəhya Bakuviyə, Şah İsmayıl Xətai və Məhəmməd Füzuliyə qədər uzanan böyük mənəvi xətt xalqın intellektual və mədəni potensialının əsrlər boyu formalaşmasını göstərir. Bu baxımdan Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq toplantının Bakıda keçirilməsi Azərbaycanın öz mənəvi irsinə sahib çıxmasının və onu beynəlxalq elmi-dini dialoqun bir hissəsinə çevirməsinin ifadəsidir.

E.Akimova bildirib ki, dini liderlərin eyni məkanda toplaşması da ortaq tarix, mənəvi dəyərlər və qarşılıqlı hörmətin müxtəlif coğrafiyaları birləşdirən mühüm amillər olduğunu göstərir. Azərbaycanın coğrafi mövqeyi bu prosesdə xüsusi əhəmiyyət daşıyır. Ölkə Türk dünyasının, Qafqazın və İslam coğrafiyasının kəsişməsində yerləşir. Bu gün Bakıda müxtəlif ölkələrdən gəlmiş dini rəhbərlərin bir araya gəlməsi həmin tarixi əlaqələrin müasir dövrdə yeni məzmunla davam etdiyini göstərir.

Onun sözlərinə görə, Bakıda səslənən fikirlərin mühüm hissəsi Azərbaycanın yaxın tarixinin ən ağrılı səhifələrinə – Qarabağ münaqişəsinə və işğalın nəticələrinə həsr olunmuşdu. Otuz il davam edən işğal yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərin dağıdılması, tarixi-mədəni irsin zədələnməsi, dini abidələrin məhv edilməsi və Xocalı faciəsi ilə bağlı ağır xatirələrlə yadda qalıb. Bu məsələlərin dini liderlərin qarşısında vurğulanması Qarabağdakı dağıntıların yalnız milli deyil, həm də mədəni və dini irs məsələsi olduğunu ön plana çıxarır. Qarabağa səfər edəcək nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşada görəcəyi mənzərə bu yaddaşın canlı ifadəsi olacaq. Bir tərəfdə dağıntıların izləri, digər tərəfdə isə yenidən qurulan şəhərlər, bərpa olunan məscidlər və geri qayıdan insanlar dayanır. Bu mənzərə Qarabağın keçmişi ilə bu günü arasında böyük kontrast yaradır.

Deputat bildirib ki, Qarabağ məsələsinin digər mühüm tərəfi yaddaş siyasətidir. Müharibənin başa çatması yaddaşın silinməsi demək deyil. Əsas məsələ keçmişin ağrısını gələcəyin düşmənçiliyinə çevirmədən yadda saxlamaqdır. Xocalı qurbanlarının, dağıdılmış məscidlərin və viran qoyulmuş şəhərlərin xatırlanması belə faciələrin təkrarlanmaması üçün tarixi dərs kimi təqdim edilir. Bu məqam Azərbaycanın sülh gündəliyi ilə də bağlıdır. Müharibədən sonra sülhə doğru addımlamaq siyasi iradə və qarşılıqlı öhdəliklər tələb edən mürəkkəb prosesdir. Azərbaycan tərəfinin mövqeyinə görə, münaqişənin hərbi mərhələsinin başa çatması yeni münasibətlər sisteminin qurulmasına imkan yaradıb. Burada əsas məsələ sülhün yalnız sənədlərdə deyil, regionun siyasi və ictimai həyatında dayanıqlı reallığa çevrilməsidir.

“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə təqdim edilməsi də çıxışda sülh gündəliyinin beynəlxalq səviyyədə dəstəklənməsi kontekstində qiymətləndirilir. Mükafatın mesajı qarşıdurmadan dialoqa, düşmənçilikdən əməkdaşlığa keçidin təşviq edilməsidir. Sülh prosesinin davamlılığı isə siyasi liderlərlə yanaşı, cəmiyyətlərin, dini icmaların və beynəlxalq təşkilatların da məsuliyyətini gündəmə gətirir.

“Çıxışın digər mühüm xətti Türk dünyası, Qafqaz və İslam aləmi arasındakı əlaqələrdir. Azərbaycan burada müxtəlif regional platformaları bir araya gətirən ölkə kimi çıxış edir. Türk dövlətlərinin dini liderlərinin toplantısı ilə Yəhya Bakuviyə həsr olunmuş konfransın eyni vaxtda keçirilməsi də simvolik məna daşıyır: tarix və müasirlik, mədəniyyət və din, milli kimlik və beynəlxalq əməkdaşlıq eyni platformada görüşür.

Dini liderlərin üzərinə düşən məsuliyyət xüsusilə böyükdür. Onların cəmiyyətlərə ünvanladığı mesajlar milyonlarla insanın dünyagörüşünə təsir edə bilər. Sülh, mərhəmət, qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan mesajlar dini institutların sabitliyin möhkəmləndirilməsində rolunu artırır. İslamofobiya, dini ayrı-seçkilik və müsəlmanların terrorla eyniləşdirilməsi kimi meyillərə qarşı mübarizə də bu gündəmin mühüm hissəsidir”, - deyə o əlavə edib.

Müsahibimiz bildirib ki, çıxışın ümumi siyasi-fəlsəfi xəttində Azərbaycan öz təhlükəsizliyini və gələcəyini dövlətçilik, milli birlik, hərbi potensial, iqtisadi inkişaf, mənəvi dəyərlər və diplomatik fəallığın vəhdəti ilə əlaqələndirir. “Bir yumruq kimi birləşmək” ifadəsi də yalnız hərbi müharibə kontekstində deyil, dövlətin və cəmiyyətin böhranlar qarşısında həmrəyliyi anlamında təqdim olunur. Qarşıda isə müharibədənsonrakı sülh dövrünü qorumaq, quruculuğu sürətləndirmək və əldə edilmiş nəticələri uzunmüddətli sabitliyə çevirmək vəzifəsi dayanır. Bu mənada Qarabağın bərpası Azərbaycanın qarşısında duran mühüm sınaqlardan biridir. Dağıdılmış şəhərləri yenidən qurmaq mümkün olsa da, cəmiyyətlərin yaddaşında qalan yaraların sağalması daha uzun zaman tələb edir. Sülh yalnız sərhəddə atəşin dayanması deyil, insanların gələcəyə inamının bərpa olunmasıdır.

“Bakıda keçirilən dini liderlər toplantısının və Yəhya Bakuvi konfransının mahiyyəti də məhz bu geniş mənzərədə üzə çıxır. Tarixi yaddaş milli kimliyin, mənəvi dəyərlər birliyin, birlik isə davamlı sülh və təhlükəsizliyin mühüm əsaslarından biridir. Azərbaycanın qarşısında yeni mərhələ açılıb. Qarabağda həyat yenidən qurulur, keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdır, məscidlər bərpa olunur, şəhərlər yenidən salınır. Eyni zamanda, ölkə Türk dünyası və İslam aləmi daxilində əməkdaşlıq platformalarını genişləndirməyə çalışır. Əsas çağırış keçmişin dərslərini gələcəyin quruculuğuna çevirməkdir.

Bu gün Türk dünyası, Qafqaz və İslam aləminin qarşısında müxtəlif çağırışlar dayansa da, onları birləşdirən əsas ehtiyac sülhə, sabitliyə, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan gələcək qurmaqdır. Azərbaycanın öz tarixi təcrübəsindən çıxardığı əsas nəticə də budur: güc yalnız müharibədə qalib gəlmək deyil, dağıntının yerində həyat yaratmaq, ağrını yaddaşa çevirmək, yaddaşı isə gələcəyə maneə deyil, məsuliyyətə çevirməkdir. Qarabağda yenidən yanan işıqlar, bərpa olunan məscidlər, qurulan şəhərlər və doğma torpaqlarına qayıdan insanlar bu yeni mərhələnin ifadəsidir”, - deyə E.Akimova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur