Alpinist Vəfa Musayeva: Bu film çox insanın həyatına toxunacaq
Bakı, 16 sentyabr, AZƏRTAC
Mən Everestdən qayıdandan sonra hər zaman o yolçuluğu xatırlayanda kövrəlirdim, ağlayırdım. Fikirləşirdim ki, bu hal günlərin biri bitəcək. Lakin üzərindən bir il keçməsinə baxmayaraq, bu filmə baxanda, şəxsən öz hekayəm olsa da və hekayəmi bilsəm də, dəfələrlə izləsəm də, yenə kövrəldim, çox təsirləndim. İnanıram ki, bu film çox insanın həyatına toxunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Everest zirvəsinə qalxmış Azərbaycanın qadın alpinisti Vəfa Musayeva özünə həsr olunmuş “Sıfırı bir etdim” sənədli filminin təqdimatından sonra jurnalistlərə açıqlamasında deyib.
V.Musayeva qızlara və öz məqsədləri olan xanımlara müraciət edərək onları arzularının ardınca getməyə çağırıb. O bildirib ki, ailə və cəmiyyətin müəyyən maneələri olsa da, insan öz məqsədinə inanırsa, bu yoldan dönməməlidir: “Qızlarımıza mesajım bundan ibarətdir ki, mütləq şəkildə öz zirvənizə çatacaqsınız”.
Alpinist filmdə onu ən çox təsirləndirən məqamdan da danışıb: “Mən sadə bir qadınam - anayam, müəlliməm və günlərin bir günü Azərbaycan tarixini Everestə, Lhotse zirvəsinə çıxmaqla yazıram. Bu mənim üçün sadə bir müəllimin, sadə bir qadının sərhədləri aşıb özünə məqsəd qoyması və ona çatması baxımından çox təsirli bir an idi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:28]
“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq
- 16.09.2026 [16:24]
FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib
- 16.09.2026 [14:48]
Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
- 16.09.2026 [14:06]