“Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan startap ilk məhsulunu bazara çıxarıb
Bakı, 16 sentyabr, AZƏRTAC
“Azərkosmos”un kosmos sahəsində innovasiya və startap ekosisteminin inkişafına dəstək məqsədilə həyata keçirilən ilk “Milli Kosmik İnkubasiya” proqramı çərçivəsində növbəti startap ilk məhsulunu bazara çıxarıb.
AZƏRTAC xəbər verir ki, “Milli Kosmik İnkubasiya” layihəsinin iştirakçısı olan “Satella” startapı ilk məhsulunu “Product Hunt” platformasında rəsmi olaraq istifadəyə verib.
“Satella” biznes sahiblərinə iaşə obyektinin yerləşdirilməsi üçün ən uyğun məkanın seçilməsinə dəstək göstərən “SaaS” alətidir. Platforma müxtəlif məkanları təhlil edərək biznes üçün daha əlverişli lokasiyanın müəyyənləşdirilməsinə imkan yaradır.
Məhsulun “Product Hunt” platformasında istifadəyə verilməsi “Satella” startapının məhsulunun inkişaf etdirilməsi və bazara çıxarılması istiqamətində atdığı mühüm addımlardan biridir.
Bu mərhələ, həmçinin, “Milli Kosmik İnkubasiya” layihəsi çərçivəsində iştirak edən startapların innovativ məhsullarını real bazarda sınaqdan keçirməsi və daha geniş auditoriyaya təqdim etməsi baxımından əhəmiyyət daşıyır.
Müxbir – Pərvanə Qafarova
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [19:02]
Sabah Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
- 16.09.2026 [18:52]
Səkkiz ayda Azərbaycandan elektrik enerjisi ixracının həcmi açıqlanıb
- 16.09.2026 [18:36]
Şəhərətrafı qatar reyslərinin sayı artırılır
- 16.09.2026 [18:29]
Ötən gün Bakıda avtobuslarla 2 milyondan çox sərnişin daşınıb
- 16.09.2026 [18:24]
Dərs ilinin ilk günü Bakı metrosundan 605 mindən çox sərnişin istifadə edib
- 16.09.2026 [18:01]
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
- 16.09.2026 [17:46]