Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb
London, 16 sentyabr, AZƏRTAC
Şahzadə Diananın qardaşı Çarlz Spenserin bacısı haqqında yazdığı və hələ satışa çıxarılmamış kitabının bir neçə nüsxəsi Niderlandda yük maşınından oğurlanıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, “Son nəğmə: Diana, mənim bacım” adlı kitabın Niderland dilində nəşrinin dörd nüsxəsi çap müəssisəsindən nəşriyyatın anbarına aparılarkən yük maşınından götürülüb. Hadisə zamanı sürücünün avtomobil dayanacağında məcburi fasilə verdiyi və kabinədə yatdığı bildirilir.
Niderland polisi hadisədən xəbərdar olduğunu açıqlayıb və araşdırmanın aparıldığı qeyd edilib.
Qeyd edək ki, Şahzadə Diana 1997-ci ildə Parisdə avtomobil qəzasında 36 yaşında həyatını itirib. Həmin vaxt onun oğulları Uilyamın 15, Harrinin isə 12 yaşı olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [19:47]
Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib
- 16.09.2026 [17:01]
Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib
- 16.09.2026 [16:47]
Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub
- 16.09.2026 [16:19]
Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb
- 16.09.2026 [16:13]