Cozef Aun: Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin çıxarılmasından sonra boşluğa yol verilməməlidir
Qahirə, 16 sentyabr, AZƏRTAC
Livan cənubda fəaliyyət göstərən BMT-nin Müvəqqəti Qüvvələrini (UNIFIL) əvəz edəcək qüvvənin yerləşdirilməsində maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun “France Press” agentliyinə müsahibəsində deyib. O, UNIFIL-in ölkədən çıxarılmasından sonra təhlükəsizlik sahəsində hər hansı “boşluğun” yaranmasının qarşısının alınmasının vacibliyini vurğulayıb.
“Ən vacib məsələ boşluğun yaranmamasıdır. Hansı ad altında gəlməsindən asılı olmayaraq, hər hansı qüvvə üçün hüquqi çərçivə müəyyənləşdirilməlidir. Bu hüquqi çərçivənin əsas prinsipi dövlətin suverenliyidir”, – deyə prezident bildirib.
C.Aun qeyd edib ki, Livanın cənubunda hər hansı qüvvənin mövcudluğunda əsas məqsəd Livan ordusuna dəstək vermək və dövlət qurumlarını gücləndirmək olmalıdır.
“Bu qüvvə dövləti əvəz etməməli, orduya yardım göstərməli və dövləti gücləndirməlidir”, – deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:17]
“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir
- 16.09.2026 [14:16]
Almaniya Kansleri BMT Baş Məclisinin sessiyasında iştirak etməyəcək
- 16.09.2026 [14:05]
Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib
- 16.09.2026 [13:55]
Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
- 16.09.2026 [13:37]