“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir
Pekin, 16 sentyabr, AZƏRTAC
"Airbus" şirkəti Çinin Tiencin şəhərində yerləşən yeni montaj xəttində ilk təyyarənin yığılmasını başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, “A320neo” tipli təyyarə "China Eastern Airlines" aviaşirkətinə təhvil verilib. Sözügedən aviaşirkət Çində ən böyük "Airbus" donanmasına malikdir.
“Airbus”ın Tiencin şəhərindəki ilk istehsal xətti 2008-ci ildə istifadəyə verilib. İndiyədək Tiencində 800 darfüzelajlı “A320” təyyarəsi yığılaraq Çindəki və xaricdəki sifarişçilərə çatdırılıb. Ötən ilin oktyabrında istifadəyə verilən ikinci montaj xətt isə istehsal gücünü artıracaq, onun sayəsində 2027-ci ilədək “A320” ailəsindən olan təyyarələrin istehsal gücü aylıq 60 ədəddən 75-ə yüksələcək.
Qeyd edək ki, hazırda “Airbus” şirkətinin şirkətin Tiencindən başqa, Tuluzada (Fransa) 2, Hamburqda (Almaniya) 4 və Alabamada (ABŞ) 2 istehsal xətti var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:16]
Almaniya Kansleri BMT Baş Məclisinin sessiyasında iştirak etməyəcək
- 16.09.2026 [14:05]
Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib
- 16.09.2026 [13:55]
Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
- 16.09.2026 [13:37]