Almaniya Kansleri BMT Baş Məclisinin sessiyasında iştirak etməyəcək
Berlin, 16 sentyabr, AZƏRTAC
Almaniya Kansleri Fridrix Merts gələn həftə Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin sessiyasında iştirak etməyəcək.
AZƏRTAC xəbər verir ki, yerli medianın hökumətdəki mənbələrə istinadla yaydığı məlumata əsasən, Kansler Merts ABŞ-yə səfərini sentyabrın 20-də Berlində və Meklenburq-Ön Pomeraniya əyalətində keçiriləcək seçkilərlə əlaqədar ləğv edib.
F.Merts ötən il də BMT Baş Assambleyasının sessiyasında iştirak etməmişdi. Sessiyada Kansleri ötən il olduğu kimi, bu il də xarici işlər naziri Yohan Vadefulun təmsil etməsi gözlənilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:17]
“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir
- 16.09.2026 [14:05]
Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib
- 16.09.2026 [13:55]
Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb
- 16.09.2026 [13:37]