Bense Varkonyi: “Qarabağ”a keçidim Macarıstan yığmasına çağırılmağıma təkan verdi
Bakı, 16 sentyabr, AZƏRTAC
“Qarabağ”ın futbolçusu Bense Varkonyi Macarıstan millisinə dəvət alması ilə bağlı fikirlərini bildirib.
AZƏRTAC xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi saytına danışan 24 yaşlı müdafiəçi karyerasında ilk dəfə əsas yığmaya çağırılmasını sevinclə qarşıladığını qeyd edib.
O, milliyə çağırılacağını öyrənəndə çox sevindiyini söyləyib: “Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım. Düşünürəm ki, hansı səviyyədə olmasından asılı olmayaraq idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi”.
Mövsümlərarası fasilədə “Qarabağ”a transfer olunan müdafiəçi Azərbaycan təmsilçisinə keçidin yığmaya çağırılmasına təkan verdiyini vurğulayıb: “Bəli, yayda “Qarabağ”a transfer olunmağım mənim üçün böyük addım idi. Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki burada mənə hər məsələdə dəstək olurlar. Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram”.
Bense hədəflərinə çatmaq üçün çalışacağını vurğulayıb: “Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm”.
Qeyd edək ki, UEFA Millətlər Liqasında sentyabrın 25-də Ukraynanı, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək Macarıstan yığması sentyabrın 28-də Şimali İrlandiyanın, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [16:28]
“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq
- 16.09.2026 [16:24]
FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib
- 16.09.2026 [16:04]
Alpinist Vəfa Musayeva: Bu film çox insanın həyatına toxunacaq
- 16.09.2026 [14:48]
Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
- 16.09.2026 [14:06]