Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib
Tbilisi, 16 sentyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Çinin böyük holdinqi olan “DBH Group”un nümayəndələri ilə görüşüb.
AZƏRTAC Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə Gürcüstanın investisiya imkanları və ölkədəki əlverişli biznes mühiti müzakirə olunub.
Tərəflər enerji sektoru və bərpaolunan enerjinin inkişafı sahəsində əməkdaşlıq, eləcə də bu sahədə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin rolu və Gürcüstanın imkanları vurğulanıb, bu layihənin xarici investorlar üçün əlavə imkanlar yaratdığı qeyd edilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [19:47]
Gürcüstanın keçmiş DTX rəhbəri 13 il azadlıqdan məhrum edilib
- 16.09.2026 [18:54]
Şahzadə Diananın qardaşının çap olunmamış kitabının nüsxələri oğurlanıb
- 16.09.2026 [17:01]
Aİ üçün yeni təhlükəsizlik mexanizminin yaradılması təklif edilib
- 16.09.2026 [16:47]
Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub
- 16.09.2026 [16:19]
Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb
- 16.09.2026 [16:13]