Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Düşmənlə üz-üzə - Çıraqlıdan reportaj VİDEO

Ağdam, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Çıraqlı kəndi Ağdam rayonunun təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindəndir. Ermənistan silahlı birləşmələri 1994-cü ildə kəndi işğal etsə də, Azərbaycan Ordusu tərəfindən azad olunub. İşğal altındakı Baş Qərvənd, Bayramlar, Cəvahirli, Şıxlar və Güllücə kəndlərinin əhatəsində, təmas xəttinin bir neçə yüz metrliyində yerləşən bu kənd daim atəşə məruz qalsa da, düşmən qarşısında məğrur dayanıb. İşğalçılara qarşı igidliklə döyüşən kənd sakinlərindən 3 nəfəri şəhid olub. Düşmənin atəşi nəticəsində dinc sakinlərdən 1 nəfər həyatını itirib, 6 nəfər yaralanıb.

Bu gün kənddə hər addımbaşı müharibənin izləri ilə qarşılaşmaq olur. Kəndin təmas xəttində çox yaxın məsafədə yerləşməsi və vaxtaşırı atəşə məruz qalması doğma yurda, torpağa bağlı sakinləri qorxutmur. Kənddə həyat hər zaman öz axarı ilə davam edir. AZƏRTAC-ın bölgə müxbiri Çıraqlıya gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.

Sakinlər yaz qayğıları ilə məşğuldurlar

Çıraqlı kəndində əhalinin əsas məşğuliyyət növləri heyvandarlıq və əkinçilikdir. Kənddə əsasən buğda, arpa, tərəvəz, pambıq və heyvanların yem təminatı üçün yonca əkilib-becərilir. Hazırda yaz-tarla işlərinin qızğın çağıdır. Kənd sakinləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. İlk müsahibimiz - öz əkin sahəsində təsərrüfat işləri ilə məşğul olan Qüdrət Əhmədov atəşkəsin tez-tez pozulmasının, düşmən mövqelərinin kəndə çox yaxın məsafədə olmasının onları ruhdan salmadığını bildirib: “Düşmən atəşkəsi tez-tez pozur. Lakin bu bizi qorxutmur. Qüdrətli ordumuza güvənərək, öz sahəmdə soğan, kartof, yonca və taxıl əkmişəm. Bitkiləri becərmək üçün su və texnika sarıdan çətinliyimiz yoxdur. Kənddə hər bir kəs gündəlik işi ilə məşğuldur".

Evlərin qarşısında divarlar ucaldılıb, düşmən mövqelərinə tərəf olan pəncərələr daşla hörülüb

Çıraqlı kəndi 27 ildir ki, erməni təxribatı ilə üzləşir. Sakinlər ermənilərin atdığı güllələrdən qorunmaq üçün evlərinin qarşısında divarlar tikib, düşmən mövqelərinə tərəf olan pəncərələrini daşla hörüblər. Əhalinin təhlükəsizliyinin təmin olunması üçün bir neçə il əvvəl dövlətimiz tərəfindən kəndin təmas xəttinə tərəf olan hissəsində istinad divarları da çəkilib.

Kənd sakini Fikrət Məmmədov güllə yerlərini göstərərək deyib: "Görürsünüz, darvazalarda, divarlarda düşmən atəşinin nəticəsi olan güllə, qəlpə izləri var. Uzun illər biz bu vəziyyətdə - düşmənin gülləsi altında, çətin şəraitdə yaşamışıq. Buna baxmayaraq öz evimizi, kəndimizi tərk etməmişik. Dövlət tərəfindən istinad divarları hörüldükdən sonra təhlükəsizliyimiz təmin olunub. Lakin bu bizi arxayın etməməlidir. Necə deyərlər “itlə yoldaşlıq et, amma çomağını yerə qoyma”. Ordumuz bizim müdafiəmizdə ayıq-sayıq dayanıb. Biz də ordumuza arxayın olaraq kəndimizdə yaşayırıq".

Düşmən mövqeləri ilə məsafənin çox yaxın olması Çıraqlı kəndinin balaca sakinlərini də qorxutmur. Səkkizinci sinif şagirdi Əmrah Şükürov deyib: "Bizim evimizə dəfələrlə güllə dəyib. Əvvəllər atışma olanda qorxurduq. Artıq öyrəşmişik".

Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Digər cəbhəyanı kəndlər kimi, Çıraqlıda da əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Kənd sakini Mötəbər Şükürov bildirib ki, düşmən 1994-cü ildə Çıraqlını işğal etsə də, kənd elə həmin gün ordumuz tərəfindən azad olunub və sakinlər öz evlərinə qayıdıblar: "Atəşkəsin tez-tez pozulması nəticəsində mülki əhalidən ölən və yaralananlar olub. Erməni işğalçılarının atəşkəsi pozması əhalinin təsərrüfat işlərinə təsir edir. Lakin düşmənin atəşi ordumuz tərəfindən daim susdurulur. Düşmənin atəşi nəticəsində kənddə zərər çəkmiş evlər bərpa və təmir edilib. Yaşayış məntəqəsində əhalinin su, qaz və elektrik problemləri həll olunub. Kəndə asfalt yol çəkilib".

Söhbət etdiyimiz hər bir sakində nikbinliyin və yüksək əhval-ruhiyyənin şahidi olduq. Düşmən qarşısında qürurla dayanan Çıraqlıdan və torpağına, yurduna bağlı bu qəhrəman kənd sakinlərindən xoş hisslərlə ayrıldıq.

Düşmənlə üz-üzə - Çıraqlıdan reportaj VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Bakıdakı Dünya Kubokunda 43 atıcı ilə təmsil olunacaq

Elm və təhsil işçilərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Suqovuşanda “Prezident Kuboku-2024” reqatasının açılış mərasimi keçirilib

Səudiyyəli nazir: İqlim dəyişikliyi ilə bağlı məsuliyyətlərin bölüşdürülməsində riyakarlıq var

AMB sədri bu il və gələn ilin inflyasiyası ilə bağlı proqnozlarını açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir

Əziz Ələkbərli: Məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaqdır

Şarl Mişel: Avropa Komissiyası siyasiləşmiş orqan olmamalıdır

® Bazarstore – təltif edildi

Qərbi Azərbaycan Televiziyasının binasının açılışı olub

Azərbaycan Prezidenti: COP29-a ev sahibi kimi biz indi rolumuzu körpülərin salınmasında görürük

Bu gündən etibarən sağlamlıq haqqında tibbi arayışlar vətəndaşlara elektron şəkildə veriləcək

Türkiyə dünya ticarətində mövqeyini möhkəmləndirir

Rus Dram Teatrı mayın ilk yarısı üçün repertuarını açıqlayıb

Prezident: Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın

Cüdo üzrə "Raquf Orucov Kuboku"nun qalibi məlum olub

Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik

Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olub

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub

Prezident: Azərbaycanda yaşayan müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır VİDEO

BDU-da Karyera Festivalı davam edir

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

Prezident İlham Əliyev: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub VİDEO

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlayıb

Milli Kitabxanada “Yazıçı-dramaturq İsi Məlikzadə - 90” adlı kitab sərgisi açılıb

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

Çempionlar Liqası: Bu gün yarımfinal mərhələsinin digər oyunu keçiriləcək

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır VİDEO

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən daha 41 nəfər saxlanılıb

Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini azaldıb

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK VİDEO

Süni intellekt sayəsində antibiotik istifadəsi keçmişdə qala bilər

Çində magistral yolun çökməsi nəticəsində 19 nəfər ölüb - YENİLƏNİB

Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb

Azərbaycan maarifçilərinin Xarəzm cədidçiləri ilə əməkdaşlıq tarixindən bəhs edən monoqrafiya çapdan çıxıb

Azərbaycan neftinin qiyməti azalıb

Bakıda havada tozun miqdarı normadan artıqdır

ABŞ-da avtobusla qatarın toqquşması nəticəsində 55 nəfər xəsarət alıb

Xəzər dənizində dalğanın hündürlüyü 2 metrə çatır – Faktiki hava

Rəsmi Kiyev Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasını alqışlayır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Bu gündən birinci siniflərə şagird qəbulu başlanır

Ülviyyə Fətəliyeva: Vətənimə qızıl medalla qayıtmaq qürurvericidir

Azərbaycan COP29-u yüksək səviyyədə təşkil etməklə beynəlxalq aləmdə öz sözünü deyəcək – ŞƏRH

Avropa çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı Vətənə dönüb

Fransada Olimpiadanın təşkili ilə bağlı məlumatlar olan daha bir noutbuk oğurlanıb

Sudanın əhalisi aclıqla üz-üzə qalıb

Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb

ABŞ Senatı Rusiyadan zənginləşdirilmiş uranın idxalına qadağa qoyub

Ankarada Qərbi Azərbaycandan deportasiya mövzusunda beynəlxalq müşavirə keçiriləcək

D vitamininin xərçənglə mübarizədə daha bir faydası müəyyənləşib

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

ABŞ-ın Nyu-Meksiko ştatında F-16 qırıcısı qəzaya uğrayıb

Bakıda Azərbaycan-Pakistan poeziya və mədəniyyət gecəsi təşkil edilib

Elçin Əmirbəyov: Ümid edirəm, ermənilərlə azərbaycanlıların mehriban qonşu kimi birgə yaşaya biləcəyi gün gələcək

Çempionlar Liqası: "Bavariya" - "Real Madrid" oyununda qalib müəyyənləşməyib

Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb

Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO

Görkəmli Azərbaycan şairi Əli Tudənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan XXIV Beynəlxalq Qara dəniz Teatr Festivalında təmsil olunacaq

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Rumıniyada NATO-nun təlimi keçiriləcək

Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” başa çatıb

Pentaqon: Kosmosda nüvə partlayışı dağıdıcı nəticələrə səbəb ola bilər

ADA Universitetində film nümayişi – Odinin şifrəsi

Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın qurulması Kuba Kommunist Partiyası üçün böyük əhəmiyyət daşıyır

“Sumqayıt-Aşqarlar” ASC-nin ərazisində yanğın baş verib

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb

BMT-nin Baş katibi: Rəfah əməliyyatı Yaxın Şərq münaqişəsinin ən təhlükəli eskalasiyası olardı

“Azərbaycanfilm” kinostudiyasından VİDEOREPORTAJ

Ukraynanın nümayəndə heyəti Azərbaycanın mina problemi barədə məlumatlandırılıb

Magistraturaya qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar üzrə nəticələri elan olunub

Naxçıvanda doğum günü aprel ayında olan şəhidlərin xatirəsi anılıb

ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilib   YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları ATƏT-in institutlarına açıq məktub ünvanlayıblar VİDEO

Bakı Təşəbbüs Qrupunun konfransında dekolonizasiya prosesində hüquqi çərçivələr və beynəlxalq öhdəliklərlə bağlı müzakirələr aparılıb

“Şumerlərin izi ilə” - elmi seminar

Yan Vanmin: Çin Azərbaycanla əlaqələrə böyük dəyər verir

Avropa Komissiyasının diplomatı Gürcüstana səfərə gələcək

Macarıstan Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi layihəsinə veto qoyub

Ermənistan prezidenti sərhədlərin delimitasiyası prosesini dəstəkləyib

® “Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır

UNICEF-in nümayəndəsi Azərbaycanda uşaq hüquqları ilə bağlı dövlət siyasətini müsbət dəyərləndirib

Asiya İnkişaf Bankının 57-ci illik toplantısı Tbilisidə keçiriləcək

Azərbaycan hərbi qulluqçuları “Kurtaran – 2024” sualtı axtarış və xilasetmə təlimində iştirak ediblər

İrandan idxal olunan bəzi qida məhsulları ilə əlaqədar bu ölkəyə bildiriş göndərilib

Londonda insanlara qılıncla hücum edilib: dörd yaralı, bir ölü

ANAMA sədri İsveçrədəki beynəlxalq tədbirdə ölkəmizin üzləşdiyi mina problemindən danışıb

COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir

Azərbaycan səfiri britaniyalı nazirlə görüşüb

Qlazqo Universitetinin tələbələri COP29-la bağlı məlumatlandırılıb

® Gənclərimiz informatika texnologiyaları sahəsində uğurlu nəticələr əldə etməyə davam edirlər

“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin qəbuluna başlanıb

Asiya İnkişaf Bankının nümayəndələri Azərbaycanın aktiv məşğulluq proqramları barədə məlumatlandırılıb