«ƏBƏDİYYƏT DASTANI” İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, xalq şairi Zəlimxan Yaqubun «Əbədiyyət dastanı» adlı yeni kitabı işiq üzü görmüşdür. Kitab ulu öndər Heydər Əliyevin ictimai fəalliyyətini əks etdirən «Böyük ömrün dastanı » və «Böyük ömrün davamı » adlı iki poema daxildir.
Qeyd edək ki, şairin yazdığı nə varsa qələmindən yox, qəlbinin dərinliklərindən süzülüb damla-damla böyük əsərlərə çevrilmişdir. Onun ən möhtəşəm poetik əsəri isə milli liderimiz Heydər Əliyevə həsr etdiyi poemalarıdır. Doğma vətəni və xalqı üçün yorulmadan, fədakarcasına çalışmış ulu öndərin ictimai-siyasi fəalliyəti şair Zəlimxan Yaqubun ilham mənbəyinə çevrilmişdir. Hansı əsəri yazıramsa yazım, heç vaxt bu böyük şəxsiyyətə borcumu qaytara bilməyəcəyəm, deyən şair nəşr etdirdiyi dastanı birnəfəsə yazılmış acılı-şirinli xatirə adlandırmışdır.
Kitabda ulu öndər Heydər Əliyevin zəngin həyatının bütün sahələri poetik ifadələrlə öz əksini tapmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]