Ədəbiyyat İnstitutunda jurnalların elektron vəziyyəti müzakirə olunub
Bakı, 1 mart, AZƏRTAC
AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi elmi müəssisə və təşkilatlarda elektronlaşma işinin təşkili və perspektivləri ilə bağlı görüşlərə başlayıb.
Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Şöbənin müdiri dosent Fariz İmranov və şöbənin əməkdaşı Elnur Eltürk Ədəbiyyat İnstitutunda bu sahəyə məsul şəxslərlə görüşərək müzakirələr aparıblar. Görüşdə institutun icraçı direktoru dosent Mehman Həsənli və elmi katibi dosent Aygün Bağırlı, Elmi informasiya və tərcümə şöbəsinin müdiri dosent Zakirə Əliyeva, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva və baş mütəxəssisi Pərvanə Kərimova iştirak ediblər.
Görüş zamanı institutun jurnallarının elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda, institutda yeni könüllü “Vikipediya” qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. “Google Akademik” və digər elmi platformalarla bağlı işlərin təkmilləşdirilməsinə həsr olunan seminarların keçirilməsi məqsədəuyğun hesab edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:09]
Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb
- 09.10.2026 [18:13]
Təhsildə keyfiyyətin artırılmasına dair görüşlərə başlanılıb
- 09.10.2026 [17:45]
Davamlı enerji keçidində hidrogenin rolu: nəzəriyyədən tətbiqə - seminar
- 09.10.2026 [17:39]