Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ədliyyə Nazirliyində 2023-cü ilin yekunları müzakirə olunub

Ədliyyə Nazirliyində 2023-cü ilin yekunları müzakirə olunub

Bakı, 28 dekabr, AZƏRTAC

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən nazirliyin kollegiya iclasında ədliyyə orqanları tərəfindən cari ildə görülmüş işlərə yekun vurulub, qarşıda duran vəzifələr müzakirə edilib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir 2023-cü ilin Ümummilli Liderin 100 illiyi münasibətilə elan olunmuş “Heydər Əliyev İli” ilə əlamətdar olduğunu, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər və qələbələr qazanıldığını, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edildiyini vurğulayıb. Doğma torpaqlarımızın sürətlə bərpasını, aparılan geniş quruculuq prosesinə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm töhfəsini qeyd edib.

Həmçinin azad edilmiş ərazilərimizdə ədliyyə və məhkəmə fəaliyyətinin təşkili ilə bağlı görülən işlərə toxunulub, Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq öz dədə-baba yurdlarına qayıtmış əhaliyə rəqəmsal innovasiyalar tətbiq edilməklə müxtəlif elektron və səyyar xidmətlər göstərildiyi bildirilib.

Ötən ay peşə bayramı ərəfəsində dövlət təltiflərinə layiq görülmüş bir qrup ədliyyə işçisinə Kollegiyada nazir tərəfindən bu yüksək dövlət mükafatları təntənəli təqdim edilib. Təltif olunmuş əməkdaşlar onların fəaliyyətinə verilmiş yüksək qiymətə və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.

İclasda Azərbaycan Prezidentinin qəti siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə, həmçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair milli fəaliyyət planlarının icrası üzrə görülən tədbirlər qeyd edilərək, bu mühüm sənədlərin vaxtında və mütəşəkkil icrasının vacibliyi vurğulanıb, növbəti il üçün aidiyyəti tədbirlər müəyyənləşdirilib.

Cari ildə ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə görülmüş işlər təhlil edilərək məlumat verilib ki, qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edən nazirlik tərəfindən bu il 1600-dək hüquqi akta dəyişiklik hazırlanıb, habelə 3700-dən artıq akt hüquqi ekspertizadan keçirilib. Əhalinin hüquq biliklərinin artırılması məqsədilə nazirliyin apardığı, o cümlədən insanların rahatlığı və əlçatanlığı üçün mobil qaydada təqdim etdiyi milli qanunvericiliyin e-qanun.az vahid elektron resursuna cari ildə daxilolmaların sayı təxminən 50 faiz artaraq 5 milyona çatıb.

Ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 5,1 milyon notariat hərəkətinin aparıldığı, 262 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı vurğulanıb. Vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 2 dəfə artaraq 900 minə çatıb.

Dövlət xidmətlərinin göstərilməsində nazirliyin növbəti innovativ məhsulu olan “ƏNTEZ” xidmət platforması “ASAN xidmət” və DOST mərkəzlərində, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq edilərək vətəndaşlara, o cümlədən əhalinin daha həssas təbəqəsinə, habelə səyahət edən şəxslərə vahid mənbədən və məsafədən müxtəlif ədliyyə xidmətlərinin göstərilməsi asanlaşdırılıb.

Vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası üzrə təsirli tədbirlər davam etdirilərək 570 minə yaxın sənədin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 940 milyon manata yaxın vəsait ödətdirilib.

İclasda azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının diqqətdə saxlanılaraq hazırda 5200-dən artıq məhkuma elektron nəzarət vasitəsi tətbiq edildiyi bildirilib, məhkumların hüquqlarının qorunması, saxlanma şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlərə toxunularaq ötən ay Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleksin istifadəyə verildiyi, digər belə müəssisənin yaxın zamanda Lənkəranda istismara veriləcəyi qeyd olunub.

Eyni zamanda fəaliyyətin digər istiqamətləri üzrə görülmüş işlər, habelə qarşıda duran vəzifələr müzakirə olunub, növbədənkənar prezident seçkiləri ilə bağlı ədliyyə orqanlarının qanunvericiliklə üzərinə düşən vəzifələrin vaxtında və dürüst icrası tapşırılıb, nazirliyin 2024-cü il üçün fəaliyyətinin əsas prioritet istiqamətləri üzrə tədbirlər müəyyənləşdirilib.

Ədliyyə sahəsində işin müasir çağırışlara uyğun təşkili, rəqəmsal innovasiyaların tətbiqinin genişləndirilməsi, insan resursları ilə bağlı aparılan işin təkmilləşdirilməsi, məhkəmə qərarlarının icrası, məhkumların sosial reinteqrasiyası sahəsində əlavə tədbirlərin görülməsi, regional ədliyyə idarələrinin fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı və digər konkret göstərişlər verilib.

Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın artırılması ilə bağlı tapşırıqları diqqətə çatdırılaraq, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı tələblərin daim rəhbər tutularaq etik davranış qaydalarına dönmədən riayət olunması vurğulanıb.

Sonda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənədlər təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bahar Muradova: 2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq turnirə qatılıblar

İtaliyada almanların həbs etdiyi əsgərin varislərinə 80 il sonra təzminat ödənilib

Qərb müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti qurumlarını casus şəbəkəsinə çevirib ŞƏRH

Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var

“Şimal-Cənub nəqliyyat dəhlizi haqqında Saziş” tranzit xidmətlərdən büdcəyə daxilolmaları artıracaq

BDU-nun 6 tələbəsi “Qırmızı Ürəklər Təhsil Təqaüdü”nə layiq görülüb

Uşaqların birinci sinfə qəbulunda yenilik tətbiq edilir

FHN “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirib

Əfqanıstanda 41 səhiyyə mərkəzi ABŞ-ın yardımının kəsilməsi səbəbindən bağlanıb

Azərbaycan Badminton Federasiyasının rəsmisi: “İnanıram ki, milli komandamız Bakıda keçirilən Avropa çempionatında layiqli çıxış edəcək - MÜSAHİBƏ

Yaponiya ABŞ-ın polad və alüminium tariflərindən azad olmaq istəyir

Azərbaycan və Somali prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Azərbaycan ilə Somali arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub YENİLƏNİB

Binəqədidə tullantılar yığılmış sahədə baş vermiş yanğın qısa müddətdə söndürülüb

Qazaxıstanda USAID nümayəndəliyinin bağlanmasını tələb edən petisiya açılıb

Paytaxtın Nizami rayonunda çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Mərakeşli tələbə: UNEC-də tələbə həyatı çox dinamikdir

Rusiya ordusu Ukraynaya 122 PUA və ballistik raketlərlə hücum edib

Azərbaycan Prezidenti İlham Əliyevin Somali Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub

® “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşıb: 23 tələbəyə təqaüd veriləcək

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Azərbaycan Afrika ölkələri üçün yeni əməkdaşlıq perspektivləri açır TƏHLİL

“Məhkəmə hakimiyyətinin özünüidarə orqanı: Məhkəmə-Hüquq Şurası” adlı dərs vəsaiti çap olunub

AMEA-nın 80 illik yubileyinə hazırlıq məsələləri müzakirə edilib

Zərərvericilərin diaqnozu və bioloji bitki mühafizəsi üçün mobil laboratoriyaların yaradılması mövzusunda təlim keçirilib

İqtisadiyyat nazirinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

DSMF: Yanvarda 16 min 391 elektron arayış alınıb

Azərbaycanın qadın taekvondoçusu Türkiyə Açıq turnirində bürünc medal qazanıb

Azərbaycanda “Qadınlar üçün kosmos” mentorluq proqramına qeydiyyat başlanıb

NASA astronavtları geri qaytarmaq üçün BKS-ə göndərəcəyi kapsulu dəyişdirib

Azərbaycan Ukraynaya humanitar yardımın növbəti hissəsini yola salıb

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub

Sürücülük hüququ olmadan sükan arxasına əyləşən şəxs narkotik aludəçisi imiş

Liviyadan İtaliyaya 135 nəfər miqrant təxliyə edilib

Agentlik rəhbəri: Məktəbdənkənar təhsil müəssisələrində müəyyən islahatlara ehtiyac var

Azərbaycan çempionatlarında əsrin ən yaxşı ikinci göstəricisi qeydə alınıb

Neftçala şəhərində qanunsuz inşa olunan tikili sökülüb

Kompleks Tədqiqatlar Laboratoriyası səriştəlilik sınaqlarında yüksək nəticə göstərib

Agentlik: Ötən ay 3,9 min şəxsə əlillik təyin edilib

Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara və sürücülərə müraciət edib

Anqolada vəba epidemiyası bu il 110-dan çox insanın ölümünə səbəb olub

Rusiya əvvəllər məhkum olunmuş ABŞ vətəndaşını sərbəst buraxıb

Azərbaycan Prezidenti Çin telekanalına müsahibəsində liderliklə bağlı fikirlərini bölüşüb

“Qarabağ” Azərbaycan çempionatlarında XXI əsrin rekorduna imza atıb

Azərbaycan Prezidenti: Bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər

Azərbaycan Universitetində “MilliSec” kibertəhlükəsizlik şirkətinin nümayəndələri ilə görüş

Prezident İlham Əliyev: ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz 4 il artıq tarixə qovuşacaq

Bişkekdə Ürək Cərrahiyyəsi İnstitutunda yanğın olub, ölənlər var

BMT-nin Baş katibi: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

Beş ildə Kürdəmirdə ASANlaşan 608 min müraciət!

Prezident: İdeologiya, iqtisadiyyat və milli ideyalar Azərbaycanı layiq olduğumuz yerə gətirib çıxarıb

Bakıda badminton üzrə Avropa çempionatı start götürüb

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə konsert proqramı təqdim olunub

Polis kibercinayətkarlığa qarşı maarifləndirici tədbirlər keçirir

Misli Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Görkəmli tarzən Bəhram Mansurovun anadan olmasından 114 il ötür

Prezident İlham Əliyev: Qlobal Cənub dünyanın ən zəngin ölkələrindən daha çox dəstək gözləyir

Bakıda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb

Azərbaycan neftinin qiyməti artıb

Bu gün tanınmış şair İslam Səfərlinin doğum günüdür

Çempionlar Liqası: “Bavariya” “Seltik”in, “Milan” “Feyenoord”un qonağı olacaq

Prezident: Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq VİDEO

MDU-da təhsil və idarəetmə sahələrində keyfiyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilib

Prezident İlham Əliyev Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına hələ də üzv olmamasının səbəbləri barədə danışıb

Azərbaycan Prezidenti: Heç bir ölkənin daxili işlərinə qarışmamağa əsaslanan siyasətimiz beynəlxalq arenada dəstəklənir VİDEO

Dövlət Su Ehtiyatları Agentliyində müşavirə keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub

Prezident İlham Əliyev: Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq VİDEO

Şirvanda beş evdən oğurluq edən şəxs saxlanılıb VİDEO

Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibə verib YENİLƏNİB VİDEO

BKS-də ləngiyən astronavtların qayıdışı tezləşdirilə bilər

Televizor və ya smartfondan ifrat istifadə uşaqlarda nitqin inkişafını ləngidir - ARAŞDIRMA

Şirin dadla bağlı beyin siqnalları kəşf edilib - TƏDQİQAT

“Boeing” yanvarda 45 təyyarə istehsal edib

Fransisk: Miqrantların deportasiyası insan ləyaqətinə xələl gətirir

İsveçdə media sənayesi risklərlə üzləşib

Britaniya polad tarifləri ilə bağlı ABŞ-la əməkdaşlığa hazır olduğunu bəyan edib

Kaliumla zənginləşdirilmiş duz təkrarlanan insult riskinin azaldılmasına ümid yaradır - TƏDQİQAT

İtaliyada mafiyanın 181 üzvü həbs olunub

Britaniyada uşaq əyləncə mərkəzinin altında 176 bomba aşkar edilib

BMT: 2024-cü ildə 1,4 milyard nəfər xaricə səfər edib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları keçirilib

Danilo Della Valle: Brüsselin tərəfdaşlarla münasibətləri bərabərlik prinsipinə əsaslanmalıdır

Mavritaniya və Seneqalın dənizdə müştərək qaz quyusundan ilk LNG istehsalı başlanıb

Çempionlar Liqası: PSJ səfərdə inamlı qələbə qazanıb

Hamburqda sərnişin qatarı qəzaya uğrayıb, bir nəfər həlak olub

Azərbaycanın güllə atıcısı Avropa çempionatında bürünc medal qazanıb

BƏƏ-də IDEX və NAVDEX 2025 sərgiləri keçiriləcək

Böyük Britaniya və ABŞ beynəlxalq süni intellekt bəyannaməsini imzalamaqdan imtina edib

Sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib VİDEO

Baş katib: TDT beynəlxalq tərəfdaşlığı gücləndirməkdə qərarlıdır

Zelenski: Ukrayna Rusiyaya ərazi mübadiləsi təklif edə bilər

Misli Premyer Liqası: "Qarabağ" "Səbail"i darmadağın edib

Miqrantlar marşrutlarında Çexiya ərazisindən az istifadə etməyə başlayıblar

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

Ukrayna və Avropa İttifaqı birgə gömrük nəzarətinə hazırlaşır

Liviya sahillərində gəminin batması nəticəsində 16 pakistanlının ölümü təsdiqlənib

Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədə yaxın 90 yaşayış məntəqəsindən uşaqlar təxliyə edilib

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb