ƏƏSMN-in qurum rəhbərləri beynəlxalq təşkilatın rəhbər orqanlarına seçiliblər
Bakı, 10 oktyabr, AZƏRTAC
Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Dünya Sosial Təminat Forumunda son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, həmçinin DOST modeli yüksək qiymətləndirilib. Bunun əyani göstəricisi kimi, Forumda səsvermə əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev BSTA-nın ali idarəetmə orqanı olan BSTA Bürosunun üzvü seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı əsasında nazirliyin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib.
F.Məmmədov komissiyanın sədr müavinlərinin müəyyənləşdirilməsi, növbəti üçillik fəaliyyət planının hazırlanması və icrası prosesinə rəhbərlik edəcək.
Forumda DOST Agentliyi və DSMF BSTA-nın mükafatları ilə də təltif olunub.
Dünyanın 160-dan çox ölkəsinin 330-dək qurumunu özündə birləşdirən BSTA sosial təminat sahəsində nüfuzlu beynəlxalq təşkilatlardandır. Ali idarəetmə orqanlarında təmsil olunmaq beynəlxalq təşkilatın fəaliyyəti üçün mühüm qərarların qəbulunda, büdcə strategiyasının və prioritet hədəflərin müəyyənləşdirilməsi prosesində yaxından iştirak imkanı qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:01]
Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar
- 03.10.2026 [15:49]
DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
- 03.10.2026 [15:02]
Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı
- 03.10.2026 [14:07]
Bakının bəzi yollarında sürət həddi endirilib
- 03.10.2026 [12:04]
FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
- 03.10.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [11:43]
Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]