DÜNYA
Əfqanıstan: “Taliban” hərəkatı hökumət qüvvələrinə hücum edib
Bakı, 15 may, AZƏRTAC
“Taliban” hərəkatı Əfqanıstanın qərbində yerləşən Fərah əyalətində hökumət qüvvələrinin mövqelərinə hücum edib.
AZƏRTAC Tolo News telekanalına istinadla xəbər verir ki, hazırda əyalətin eyni adlı administrativ mərkəzi uğrunda ağır döyüşlər gedir. Hücum mayın 15-də səhər saatlarında başlayıb. “Taliban” döyüşçüləri şəhərin bir neçə rayonunda irəliləməyə və Milli Təhlükəsizlik İdarəsinə yaxınlaşmağa müvəffəq olub.
Telekanalın məlumatına görə, hökumət qüvvələrinə əlavə kömək göndərilib. Səkkiz yaraqlının öldürüldüyü bildirilir. Hökumət qüvvələri də itki verib, iki hərbçi həlak olub, 16-sı yaralanıb.
2014-cü ildə ABŞ-ın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra “Taliban” hərəkatı ölkənin cənub rayonlarının bir çoxunda nəzarətə yiyələnib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:31]
Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb
- 03.05.2024 [16:23]
Konqoda bomba partlayışı nəticəsində on nəfər ölüb
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib VİDEO
- 03.05.2024 [14:40]