Əfqanıstanda hava zərbələri nəticəsində 8 dinc sakin həlak olub
Bakı, 22 iyul, AZƏRTAC
Əfqanıstanın Loqar əyalətində “Taliban” silahlılarının bazasına endirilən hava zərbələri nəticəsində səkkiz dinc sakinin, o cümlədən qadın və uşaqların həlak olduğu bildirilir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, əyalət polisinin sözçüsü Şahpur Əhmədzai bildirib ki, ABŞ-ın hava qüvvələri Bəraki Bərat rayonunda iyulun 22-nə keçən gecə “Taliban”ın yerüstü hədəflərini bombalayıb. Onun sözlərinə görə, ən azı səkkiz dinc sakin ölüb, ərazidə olan silahlıların itkiləri barədə isə məlumat yoxdur. Əyalətin Tolo News nəşrinin xəbərində isə Əfqanıstan paytaxtından 100 kilometrlik məsafədə yerləşən bu rayona hava zərbələri endirilməsi təsdiqlənib.
Qeyd olunur ki, ABŞ-ın vasitəçiliyi ilə “Taliban”la hökumət rəsmiləri arasında aparılan danışıqlardan sonra ölkədə tərəflər arasında döyüşlər daha da şiddətlənib və itkilərin sayı artıb. Yerli mənbələr bildirirlər ki, iyulun ilk ongünlüyündə dinc əhali arasında ölənlərin sayı 100 nəfərdən çoxdur. Əyalət parlamentinin üzvü Cavid Mücədedi bildirib ki, hazırda “Taliban” Bədəxşan əyalətinin mineral ehtiyatları ilə zəngin olan Kəran və Məncan rayonunu ələ keçirməyə çalışır. Burada yerləşən lazurit mədənləri uğrunda döyüşlər gedir. Hər iki tərəfdən ağır itkilərin olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]