Əfqanıstanda hərbi düşərgəyə hücum nəticəsində yeddi nəfər ölüb
Bakı, 18 may, AZƏRTAC
Əfqanıstanın Qəzni əyalətində yerləşən hərbi hissənin yaxınlığında minalanmış avtomobilin partladılması və silahlıların hücumu nəticəsində azı yeddi nəfər həlak olub, 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, insident mayın 18-də səhər saatlarında baş verib.
Hərbi düşərgədə kəşfiyyat bölməsinin əsgərləri dislokasiya olunmuşdu. Hücumun “Taliban” hərəkatının döyüşçüləri tərəfindən həyata keçirildiyi bildirilir.
Xatırladaq ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevralın sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Saziş 14 ay ərzində bütün xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]
Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib
- 10.10.2026 [08:42]
Çin SatNet internet peyklərini orbitə çıxardı
- 10.10.2026 [08:16]
"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [23:00]
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
- 09.10.2026 [22:59]
Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir
- 09.10.2026 [22:28]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [22:17]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [21:27]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [21:16]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [21:06]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [20:29]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [20:16]
Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər
- 09.10.2026 [19:57]