Əfqanıstanda hökumət qüvvələrinin aviasiya zərbəsi zamanı 16 dinc sakin ölüb
Bakı, 25 yanvar, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində hökumət qüvvələrinin aviasiya zərbəsi nəticəsində azı 16 dinc sakin həlak olub.
AZƏRTAC TOLO news telekanalına istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. Həlak olanların hamısı Sanqin qəzasında yaşayan bir ailənin üzvləridir. Onların arasında qadınlar və uşaqlar da var.
Nazirliyin məlumatına əsasən, Sanqin qəzasının ərazisində artıq üç gündür ki, miqyaslı hərbi əməliyyatlar keçirilir. Qurum hadisə ilə bağlı təhqiqata başlayıb.
Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə birgə əməliyyatlar keçirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]