Əfqanıstanda NATO-nun iki xidmət üzvü həlak olub
Bakı, 5 sentyabr, AZƏRTAC
NATO-nun rəsmi bəyanatında bildirilir ki, sentyabrın 5-də Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində həlak olanların ikisi Şimali Atlantika Alyansının xidmət üzvləridir.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, NATO-nun sülhməramlı missiyasının qərargahının məlumatında həlak olanların birinin ABŞ, digərinin isə Rumıniya vətəndaşı olduğu bildirilir. Qeyd olunub ki, onların adları ailələrinə məlumat verildikdən 24 saat sonra Buxarest və Vaşinqtondan açıqlanaq.
Bugünkü terror aktından sonra cari ildə Əfqanıstanda həlak olan ABŞ əsgərlərinin sayı 18-ə çatıb.
Əfqanıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, “Taliban”ın məsuliyyəti öz üzərinə götürdüyü həmin terror aktı nəticəsində 10 yerli insan ölüb, 40-dan çox yaralı var.
Kabildə törədilən bu terror aktından üç gün əvvəl 16 nəfərin, o cümlədən Nepal, Britaniya və Rumıniya vətəndaşlarının ölümü və 119 insanın yaralanması ilə nəticələnmiş insident də baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]