Əfqanıstanda nazirliyin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfər ölüb
Bakı, 20 aprel, AZƏRTAC
Əfqanıstanın paytaxtı Kabildə bu ölkənin İnformasiya Nazirliyinin binasına silahlı hücum nəticəsində ən azı 7 nəfərin öldüyü bildirilir.
AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, binaya hücum edən silahlı qruplaşma ilə mühafizə xidməti əsgərlərinin atışması nəticəsində ölənlərin dördü mülki şəxs, üçü isə hərbçilərdir. Hökumət mənbələri bu terror aktında “Taliban”ı ittiham etsələr də, hərəkatın sözçüsü bunu təkzib edib.
Nazirliyin binası Kabilin mərkəzində - əcnəbilərin qaldıqları otellər və Prezident sarayının olduğu ərazidə yerləşir. On səkkiz mərtəbəli binada olan dövlət qulluqçuları atışmanın davam etdiyi dörd saat ərzində buradan çıxa bilməyiblər. Sonra onları təxliyə ediblər və yaralanan doqquz mülki şəxsi də xəstəxanaya çatdırıblar.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada “Taliban” və ABŞ arasında aparılan sülh danışıqlarında da fasilə yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:25]
Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb
- 08.06.2026 [12:18]
Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb
- 08.06.2026 [12:17]
İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb
- 08.06.2026 [12:16]
Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb
- 08.06.2026 [12:14]
Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb
- 08.06.2026 [12:09]
İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb
- 08.06.2026 [12:02]
Elektromobillər Çində havanın çirklənməsini azaldır
- 08.06.2026 [12:01]