Əfqanıstanda prezident seçkiləri üç ay müddətində təxirə salınacaq
Bakı, 26 dekabr, AZƏRTAC
Əfqanıstanın Müstəqil Seçki Komissiyası aprelin 20-nə planlaşdırılan prezident seçkilərini üç ay müddətində təxirə salacaq.
AZƏRTAC xəbər verir ki, 1TV telekanalı bu barədə seçki komissiyasındakı mənbəyə istinadla məlumat yayıb. Seçkilərin təxirə salınması barədə qərar dekabrın 27-də rəsmən elan olunacaq.
Komissiyanın bu qərarı oktyabr ayında keçirilmiş parlament seçkilərində baş verən texniki və təşkilati problemlərin təkrarlanmaması üçün seçki strukturlarının dəyişdirilməsi ilə bağlıdır. Bundan əlavə, seçkinin təxirə salınması hökumət və “Taliban” hərəkatının nümayəndələri arasında sülh sazişi üzrə danışıqlara hazırlıq fonunda baş verəcək.
Bir qədər əvvəl BMT-nin Əfqanıstana yardım üzrə missiyasının nümayəndəsi Tobi Lanzer təşkilatın seçkilərin vaxtının dəyişdirilməsinə etiraz etməyəcəyini bildirib.
Prezident seçkiləri iştirakçılarının qeydiyyatı prosesi dekabrın 22-də başlasa da, hələlik heç bir mümkün namizəd qeydə alınmaq üçün müraciət etməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]