Əfqanıstanda tiryək istehsalı 8 faiz çoxalıb
Bakı, 17 noyabr, AZƏRTAC
Bu il Əfqanıstanda tiryək istehsalının həcmi 8 faiz artaraq 6,8 min tona çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Narkotik Vasitələr və Cinayətkarlıqla Mübarizə İdarəsi məlumat yayıb. “Bu artım dünya bazarlarına 320 ton xalis heroinin çıxması deməkdir”, - BMT-nin məruzəsində belə deyilir.
Hazırda Əfqanıstan dünyadakı bütün tiryək istehlakçıların 80 faizini bu narkotik vasitə ilə təmin edir.
“Əfqanıstanda yaranmış mövcud vəziyyət beynəlxalq ictimaiyyətin təcili müdaxiləsini tələb edir. BMT-nin əfqan xalqına dəstəyi çərçivəsində narkotik vasitələrin qanunsuz becərilməsi və istehsalının, eləcə də dünyada bu məhsullara tələbatın davamlı şəkildə azalmasına nail olmaq lazımdır”, - deyə BMT-nin narkotik vasitələr və cinayətkarlıqla mübarizə idarəsinin rəhbəri Qada Vali bildirib.
İdarənin məlumatına görə, 2021-ci ildə tiryək istehsalından 1,8 milyard dollardan 2,7 milyard dollara qədər gəlir əldə edilib. Əfqanıstandakı qeyri-sabit siyasi vəziyyət tiryək qiymətlərinin təxminən iki dəfə bahalaşmasına səbəb olub ki, bu da istehsalın artması ilə nəticələnə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]