Əfqanıstanda yol-nəqliyyat hadisəsi nəticəsində azı 17 nəfər ölüb
Bakı, 14 mart, AZƏRTAC
Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 17 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Pajvak agentliyinin yaydığı məlumata görə, insident martın 14-də səhər saatlarında baş verib. Məyvand rayonunda sərnişin avtobusu avtomobillə toqquşub. Qəza nəticəsində, həmçinin 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Əfqanıstanda sürət rejiminin pozulması, nəqliyyat vasitəsinin idarə olunmasında səhvlər və yol örtüyünün vəziyyətinin pis olması tez-tez ağır yol nəqliyyat hadisələri ilə nəticələnir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]