Əfran İsmayılov ölkə çempionatlarında 250-ci matçını keçirib
Bakı, 2 noyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VIII turu Əfran İsmayılov üçün yubileylə əlamətdar olub. Təcrübəli yarımmüdafiəçi ölkə çempionatlarında 250-ci matçını keçirib.
AZƏRTAC xəbər verir ki, “Səbail”in futbolçusu “Zirə” ilə səfər qarşılaşmasında (0:0) start heyətində yer alaraq yubileyini gerçəkləşdirib. Ə.İsmayılovun hesabında 40 qol var.
Futbolçunun debütü 2006/2007-ci il mövsümündə baş tutub. Həmin vaxt “Qarabağ”ın şərəfini qoruyan yarımmüdafiəçi bu klubda 163 oyunda 22 qol vurub. O, həmçinin “Turan” (10 oyun, 2 qol), “Bakı” (17 oyun, 8 qol), “Keşlə” (25 oyun, 3 qol), “Xəzər Lənkəran” (10 oyun, 1 qol), “Sumqayıt” (20 oyun, 3 qol) və “Səbail”in (5 oyun, 1 qol) formasını geyinib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:46]
Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- 11.06.2026 [14:04]
Bakıda atletika üzrə ölkə çempionatı start götürəcək
- 11.06.2026 [13:18]
“Qarabağ” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
- 11.06.2026 [13:11]
“Bayer” heyətinə yeni futbolçu cəlb edib
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]