ƏKİN SAHƏLƏRİNDƏN SƏMƏRƏLİ İSTİFADƏ OLUNUR
Balakən rayonunun mövcud 17338 hektar əkin sahəsinin 9545 hektarı kənd təssərüfatı bitkiləri becərilməsi, 7793 hektarı isə otlaq və biçənəklər üçün istifadə olunur. İcra hakimiyyətindən AzərTAC-ın müxbirinə məlumat verilmişdir ki, bu il dənli və paxlalı bitki sahələri 691, bostan və tərəvəz əkini isə 275 hektar çoxalmışdır. Havaların yağmurlu keçməsinə, bəzi yerlərdə sahələrin sel suları altında qalmasına baxmayaraq, təsərrüfatlarda məhsul ötən ildəkindən az olmayacaqdır.