“Eko-Park”da 22 aprel – Beynəlxalq Yer Günü qeyd olunmuşdur
Bakı, 23 aprel (AZƏRTAC). Aprelin 22-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin “Eko-park”ında VII İnepo-Avrasiya Beynəlxalq Olimpiadasında “Ətraf Mühit üzrə” gümüş medala layiq görülmüş Bakı Slavyan Universitetinin (BSU) məktəb-lisey kompleksinin şagirdləri ilə birlikdə Beynəlxalq Yer Günü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, qonaqlar “Eko-mərkəz”də təhlükəsizlik təlimatı ilə tanış olmuş, onlara “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmişdir.
Sonra BSU-nun məktəb-liseyi tərəfindən “Ümummilli lider Heydər Əliyevin ətraf mühitin qorunmasına dair qurduğu yol” adlı təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
İştirakçılara “Eko-Park”ın məqsədi və tarixi haqqında məlumat verildikdən sonra onlar Abşerona introduksiya olunmuş qırmızı kitaba düşmüş nadir ağac, kol və bitki növləri ilə tanış edilmişdir. Bundan başqa parkda fəaliyyət göstərən “təbiətin dostu” olan yaşıl texnologiyalar iştirakçılara təqdim edilmişdir.
Məktəblilər parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bio-ekoloji xüsusiyyətləri və becərilmə üsulları ilə tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]