Ekologiya İdarəsinin əməkdaşları Dövlət İdarəçilik Akademiyasında təşkil olunmuş kurslarda iştirak etmişlər
Bakı, 26 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri üçün “Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edilmişdir. Kurslarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsinin əməkdaşları da iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, kurslarda idarənin rəis müavini, professor Əflatun Həsənov tərəfindən “Azərbaycanın neft strategiyasında ekoloji stabillik və davamlı inkişaf” mövzusunda mühazirə oxunmuşdur.
Məruzəçi əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, müstəqil Azərbaycan üçün uzunmüddətli inkişaf və tərəqqi konsepsiyası olan neft strategiyası barədə məlumat vermiş və “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks tədbirlər planı”na uyğun olaraq ARDNŞ-də görülən ekolojiyönümlü işlərdən danışmışdır.
Bildirilmişdir ki, beynəlxalq neft-qaz, neft-kimya şirkətinə çevrilmiş ARDNŞ-in ekoloji siyasəti, iri həcmli layihələri Azərbaycanın neft strategiyasında ekoloji sabitliyin və davamlı inkişafın mövcud olduğunun göstəricisidir. Mühazirədə, həmçinin Ekologiya idarəsi tərəfindən ətraf mühitin mühafizəsi istiqamətində yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr haqqında məlumat verilmişdir.
Sonda ixtisasartırma kursunda iştirak edən dinləyicilərə bilik, bacarıq və vərdişlərinin artırılmasında uğurlar arzulanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]