Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət məktubu yerində araşdırılmışdır
Bakı, 22 aprel (AZƏRTAC). Şamaxı rayon Avaxıl kənd sakini Fəraiz Salahovun adından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət məktubu yerində araşdırılmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, şikayətçi məktubunda avtomobili ilə odun apararkən Şahdağ Milli Parkının direktor müavini tərəfindən əsassız cərimələndiyini və direktor müavininin himayədarlığı ilə iki mühafizə yegeri tərəfindən meşələrin qanunsuz qırılmasını iddia etmişdir. Lakin araşdırma zamanı şikayətçi bildirmişdir ki, Şahdağ Milli Parkının Şamaxı bölməsində mühafizə yegerləri işləyən keçmiş həyat yoldaşının əmiləri ilə şəxsi ədavətdə olduğundan onlar tərəfindən müxtəlif təzyiqlərə məruz qalmış və bundan əsəbləşərək ETSN-ə heç bir fakta söykənməyən qərəzli şikayət məktubu yazmışdır. O, yazdıqlarının hamısının şəxsi-qərəzlik zəminində olduğunu yazılı izahatında etiraf etmişdir.
Araşdırma zamanı o da məlum olmuşdur ki, şikayətçi F.Salahov Şahdağ Milli Parkının Şamaxı bölməsinin 4 saylı dolayının 40-cı kvartalı ərazisində müxtəlif cinsli və diametrli 5 yaş köküstə ağac kəsdiyinə görə yanvarın 6-da Şahdağ Milli Parkının əməkdaşları tərəfindən onun barəsində inzibati protokol tərtib edilmiş və 750 manat məbləğində cərimələnmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]