Ekoloji ölçmə mərkəzi tərəfindən mütəmadi olaraq ekoloji müayinələr aparılır
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) idarə və müəssisələrinin balansında olan nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların azaldılması istiqamətində ekoloji ölçmə mərkəzi (EÖM) tərəfindən təsdiq olunmuş cədvəl əsasında mütəmadi olaraq ekoloji müayinələr aparılır.
AZƏRTAC xəbər verir ki, ilin l rübü ərzində ARDNŞ-in Ekologiya İdarəsi, Təhlükəsizlik İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, “Azərneftyağ” Neft Emalı zavodu, “Azəriqaz” İstehsalat Birliyi, “Azneft” İstehsalat Birliyinin, Geofizika və Geologiya İdarəsinin Nəqliyyat və Xüsusi Texnika İdarəsi, “Neftqaztikinti” tresti, Xəzər Dəniz Neft Donanması və Neft Kəmərləri İdarəsinin balansında olan xüsusi texnika və avtonəqliyyat vasitələri ilkin ekoloji müayinədən keçirilmişdir.
Müayinələrə əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə respublikamızda mövcud standartların normalarına uyğun olan nəqliyyat vasitələrinin sayı cari ildə nəzərə çarpacaq dərəcədə artmışdır.
Son vaxtlar ARDNŞ tərəfindən avtomobil parklarında istismar müddəti bitmiş avtonəqliyyat vasitələrinin yeniləri ilə əvəz edilməsi və atmosferə atılan zərərli qazların azaldılması istiqamətində müvafiq tədbirlərin görülməsi müsbət nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Digər tərəfdən müasir avadanlıq vasitəsilə aparılan ekoloji müayinələr zamanı aşkar olunan nasazlıqların vaxtında aradan qaldırılması nəqliyyat vasitələrinin istismarı zamanı yanacaq itkisinin qarşısının alınmasında mühüm rol oynayır.
EÖM tərəfindən idarə və müəssisələrin balansında olan nəqliyyat vasitələrinin ekoloji müayinədən keçirilməsi işləri davamlı həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]