İQTİSADİYYAT
Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı görüş olub
![Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı görüş olub](/files/2023/1/1200x630/16740511125005256190_1200x630.jpg)
Bakı, 18 yanvar, AZƏRTAC
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Beynəlxalq ticarət işçi qrupunun Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə altqrupunun 2022-ci il üçün Yol Xəritəsinin icrası ilə bağlı dövlət qurumlarının və sahibkarların iştirakı ilə görüş keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun təşkilatçılığı ilə onlayn formatda təşkil olunmuş görüşdə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi məqsədilə tətbiq edilmiş vergi və gömrük ödənişlərindən azadolmalarla bağlı sahibkarlıq subyektləri məlumatlandırılıb. Həmçinin dövlət qurumları və özəl sektor təmsilçiləri tərəfindən ekoloji təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, idxalla bağlı əlavə güzəştlərin tətbiqi istiqamətində müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Görüşdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının, eləcə də yerli şirkətlərin nümayəndələri iştirak ediblər.