“EKOVİTRİN”İN BAŞ REDAKTORU ŞƏRƏF ÖZATANIN ÇIXIŞI
Hörmətli Baş nazir müavinləri, hörmətli nazirlər, səfirlər, İslam
Konfransı Təşkilatının dəyərli baş katibi,
Hörmətli mətbuat nümayəndələri və qonaqlar!
“Ekovitrin”in ənənəvi ilin ulduzları mərasiminə hamınız xoş gəlmisiniz. “Ekovitrin” jurnalı işıq üzü gördüyü 2000-ci ildən bu yana toxunduğu iqtisadi mövzular və xüsusi materiallar ilə mətbuatda özünəməxsus bir yer tutdu. Jurnal qısa bir müddət ərzində Türkiyənin sərhədlərini aşaraq, Avropadan Orta Asiya türk cümhuriyyətlərinə qədər uzanan geniş bir coğrafiyada iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr vermişdir. Prodüserlərimizin hazırladıqları və müxtəlif yerli kanallarda nümayiş etdirilən proqramlarımız ən mühüm yerli və xarici film və seriallarla rəqabət apardı, ən çox baxılan 100 proqram arasına daxil oldu. İndi daha geniş kütlələrə öz sözümüzü demək üçün peyk vasitəsilə yayımlanacaq tematik bir televiziya layihəmiz üçün mühüm addımlar atmağa başlamışıq. “Ekovitrin”in məzmununu zənginləşdirməklə yanaşı, qarşıdakı aylarda Türkiyənin ilk beynəlxalq jurnalını türk və ingilis dillərində dərc etməyə başlayacağıq. Eyni zamanda, xarici bir yayım qrupu ilə apardığımız danışıqlar nəticəsində güclü xarici sərmayə dəstəyi əldə edirik. “Ekovitrin”ə dəstək verən bütün dostlarımıza, əməkdaşlarımıza minnətdarlığımı bildirirəm. Hamınız xoş gəlmisiniz.
X X X
Sonra Türkiyə Baş nazirinin müavini, xarici işlər naziri Abdullah Gül çıxış etdi.