Ekvador Respublikasının Prezidenti Zati-aliləri cənab Qustavo Noboa Bexaranoya
Hörmətli cənab Prezident,
Ekvador Respublikasının milli bayramı - Müstəqilliyin elan edilməsi günü münasibətilə Sizi və dost Ekvador xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Ekvador arasında təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı xalqımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 avqust 2001-ci il