Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “hesabatlar” gərəksiz kağız parçalarıdır

Elçin Əhmədov: Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “hesabatlar” gərəksiz kağız parçalarıdır

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi çətin və mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, iqtisadi sistemini təkmilləşdirir, həm də regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan əleyhinə qəbul edilmiş sifariş xarakterli “hesabat”a münasibət bildirərkən deyib.

Elçin Əhmədov qeyd edib ki, AŞPA-nın bu “hesabat”ı ikili standartların və ölkəmizə qarşı qərəzli münasibətin daha bir nümunəsidir. Bəzi dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür “sənədlər”in qəbul olunması dinamik inkişafa malik, dünyəvi müsəlman ölkəsi olan Azərbaycana qarşı gözügötürməzlikdən qaynaqlanır və bu, həmçinin Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Şübhəsiz ki, əvvəllər də Azərbaycana qarşı ayrı-ayrı vaxtlarda həyata keçirilən qarayaxma kampaniyaları Azərbaycan dövlətinin müstəqil xarici siyasət yürütməsi ilə bağlı olub.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası, həyata keçirilən qlobal miqyaslı layihələr bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini təmin edib. Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və dövlət başçısının bütün səyləri regionun inkişafına və xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan-İran və digər əməkdaşlıq formatları buna əyani sübutdur. Bundan başqa, ölkəmiz Avropa təhlükəsizlik arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycanın bu cür uğurlu təşəbbüslərlə çıxış etməsini, qlobal layihələr reallaşdırmasını gözü götürməyən bəzi qüvvələrin ölkəmizi nüfuzdan salmaq üçün əl atdıqları yol da qarayaxma kampaniyalarının həyata keçirilməsi, belə qərəzli “hesabatlar”ın hazırlanmasıdır. AŞPA-nın “korrupsiya hesabatı” da belələrindən biridir. Bu “hesabat” qeyri-obyektiv və qərəzlidir, ayrı-ayrı deputatların fərziyyə, ehtimal və gümanları üzərində qurulmuş subyektiv mülahizələrdən ibarətdir. Eyni zamanda, AŞPA-nın “hesabatı” Qərbin anti-Azərbaycan, islamofob və ermənipərəst qruplarının qurduğu növbəti oyundur. Bu “hesabat” AŞPA-da Azərbaycana qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. AŞPA-nın monitorinqləri müxtəlif dairələrin mənafelərinə xidmət edir və müstəqil xarici siyasət yürüdən dövlətlərə təzyiq məqsədi daşıyır.

Azərbaycanın dünyada nüfuzunun gündən-günə artmasının və gənc müstəqil dövlətimizin regionda söz sahibinə çevrilməsinin anti-Azərbaycan qüvvələri ciddi şəkildə narahat etdiyi danılmaz və təkzibedilməz faktdır. Məhz bu səbəbdən də Azərbaycanın dinamik inkişafı erməni lobbisini və onun nəzarətində olan qüvvələri narahat edir. Onlar Azərbaycanın ünvanına heç bir əsası olmayan cəfəngiyatlar səsləndirməkdə davam edirlər. Bu baxımdan, Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, “Azərbaycanda demokratik institutların fəaliyyəti”, son günlərdə isə qəbul edilmiş sifarişli “hesabat” və s. məsələlərlə bağlı AŞPA-da aparılan müzakirələr adıçəkilən təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir. Şübhəsiz ki, bu “hesabat”ın hazırlanmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan dairələr, o cümlədən insan haqlarının müdafiəsi adı altında fəaliyyət göstərən bəzi beynəlxalq QHT və müxtəlif KİV nümayəndələri yaxından iştirak ediblər.

Qeyd etmək lazımdır ki, Qərb texnoloqları on illər boyunca həyata keçirdikləri səmərəsiz proseslərin, ikili, qərəzli münasibətlərinin, oyunlarının ifşa olunduğunu görüncə vəziyyətdən çıxış üçün günahı ayrı-ayrı ölkələrin üzərinə yıxmaq taktikasını seçirlər. Qərbin müdaxiləsi postsovet məkanında heç bir problemi həll etməyib, mövcud münaqişələrdən heç biri həllini tapmayıb, region əhalisinin Qərbdən gözləntilərinin heç biri özünü doğrultmayıb. Təbii olaraq, Qərb texnoloqları yarıtmaz fəaliyyətlərinə görə hesabat verməlidirlər. Proseslərin bu yönə istiqamətlənməsinin qarşısını almaq üçün yeni taktika işlənir və regionun ayrı-ayrı ölkələrini istənilən ittihamla üz-üzə qoymaqla vəziyyətdən çıxmağa cəhd edilir. Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək üçün əvvəlcə ələ alınmış ayrı-ayrı muzdlu “ekspertlər”in müəllif yazılarından, sonra beynəlxalq QHT-lərin aksiyalarından yararlanmağa çalışırlar. Azərbaycan bu cür qərəzli kampaniyalara hər zaman tutarlı cavab verib və qarşı tərəfin özünü ifşa edib. Bu baxımdan, bəzi ermənipərəst dairələr və Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bir sıra “hesabatlar”ın qəbul edilməsi, xüsusilə müxtəlif xarici KİV-lərdə Azərbaycan əleyhinə yazıların işıq üzü görməsi, ölkəmizə qarşı qarayaxma kampaniyasının aparılması göstərir ki, proseslərin arxasında duran qüvvələr var, bunlar bilərəkdən istiqamətləndirilir. Onlar istənilən məsələ ilə bağlı dərhal anti-Azərbaycan kampaniyasını reallaşdırmağa çalışırlar. Bu səbəbdən, Azərbaycan əleyhinə hazırlanmış bu cür “hesabatlar”da ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığı, subyektiv və qərəzli xarakter daşıdığı açıq-aydın görünür.

Bundan əlavə, AŞPA tərəfindən müxtəlif vaxtlarda insan hüquqlarının qorunması ilə bağlı qəbul edilmiş “hesabatlar”da Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonun işğal olunması, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün elementar insan hüquqlarından məhrum edilməsi, eləcə də münaqişənin 25 ildən artıqdır ki, həll olunmaması barədə bir kəlmə belə deyilmir. Bununla yanaşı, Azərbaycan dövləti neçə illərdir bütün dünyaya, həmçinin Avropa ölkələrinə və beynəlxalq təşkilatlara Qarabağ həqiqətlərini, o cümlədən Xocalı soyqırımı haqqında vandalizm aktlarını, son 200 ildə ermənilərin türklərə və azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri real faktlarla çatdırır. Amma bunun qarşılığında Avropa Şurası Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların qəbul etdikləri çoxsaylı sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət ifadə olunsa da, ATƏT, Avropa Şurası, Avropa Parlamenti kimi qurumlar məsələ ilə bağlı real təsiri olan heç bir qərar qəbul etməyiblər.

Eyni zamanda, Ermənistanda son günlər baş verən hadisələr, xüsusilə, insanlara qarşı güc tətbiq edilməsi, qan tökülməsi, məhkəmə qərarı olmadan insanların həbs edilməsi və s. məsələlərin üzərindən heç nə olmamış kimi keçilməsi acı təəssüf doğurur. Buna görə də beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Hazırda Azərbaycanın dünya səviyyəli tədbirlərin ən yüksək standartını ortaya qoyması antimüsəlman siyasətinin, ovqatının hökm sürdüyü Avropada heç də bəzi qüvvələri razı salmır. Məhz erməni lobbisi də bunun arxasında dayanır və istəmir ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim edilsin. Çünki onlar illərlə Azərbaycan haqqında özlərinin düşündüyü mənfi rəyi formalaşdırmağa çalışmışlar və bu gün də bu anti-Azərbaycan siyasəti davam edir. Avropanın erməni lobbisinin təsiri altında olan bəzi hüquq müdafiə, mətbuatla, insan hüquqları və vətəndaş cəmiyyətləri ilə bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə qoşulurlar. Təəssüf ki, bunların sırasında bəzi hökumətlərarası təşkilatlar və qurumlar “fəallıq” göstərirlər. Bu cür “sənədlər”in qəbul edilməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, xüsusilə Avropa Şurası Parlament Assambleyasında ikili standartlar və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Onu da vurğulamaq lazımdır ki, müxtəlif vaxtlarda Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “hesabatlar”da ölkəmizlə bağlı irəli sürülən iddialar yanlış məlumatlar əsasında hazırlandığından qərəzli xarakter daşıyır və bizim üçün gərəksiz kağız parçasından başqa bir şey deyil.

Buna baxmayaraq, Azərbaycan dövləti antiqərb mövqeyində deyil və Avropa qurumları ilə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarda mühüm rol oynadığını və böyük rəğbət qazandığını bildirən Prezident İlham Əliyev bizim haraya və necə inteqrasiya etməli olduğumuza diqqət çəkərək deyib: “...Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! “Müsəlmanlara “stop” deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik”.

Təəssüf ki, hazırda Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, onların bu kimi ədalətsiz “sənədlər”i dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Bu baxımdan, belə qərəzli münasibət və ikili standartların nümayiş etdirilməsi, öz növbəsində, Azərbaycanı AŞPA və bu kimi təşkilatlarla əməkdaşlığın ölkəmizə nə dərəcədə lazım olması barədə ciddi düşündürməyə də əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb