Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin İbrahimov: Dilin taleyi söz sahibinin vicdanı ilə ölçülür MÜSAHİBƏ

Elçin İbrahimov: Dilin taleyi söz sahibinin vicdanı ilə ölçülür  MÜSAHİBƏ

Bakı, 6 noyabr, Elçin Hüseynov, AZƏRTAC

Azərbaycan dili, sadəcə, ünsiyyət vasitəsi deyil, xalqın ruhudur. Prezident İlham Əliyevin dilin saflığının qorunmasına dair çağırışı bir daha göstərdi ki, bu məsələ milli kimliyimizin əsas dayağıdır. AZƏRTAC-ın müxbiri Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimovla dilin taleyi, alınma sözlər, rus və türk dillərinin təsiri və vahid onlayn lüğət platformasının vacibliyi barədə danışıb.

-Prezident İlham Əliyev AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışında Azərbaycan dilinin saflığının qorunmasının vacibliyini bir daha vurğuladı. Siz bu çıxışı necə qiymətləndirirsiniz?

- Prezidentin səsləndirdiyi fikir, əslində, dil məsələsindən daha geniş bir anlayışı - milli kimliyi əhatə edir. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, bir xalqın tarixi yaddaşının, mədəni kodlarının və özünüdərk prosesinin əsas sütunudur. Ona görə də dilin qorunması məsələsini ancaq linqvistik kateqoriya kimi deyil, ideoloji və identiklik məzmunlu məsələ kimi qəbul etməliyik.

Prezidentin “biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər” fikri mahiyyət etibarilə strateji milli çağırışıdır. Çünki dil dağılarsa, düşüncə parçalanar, düşüncə parçalanarsa, milli birlik zəifləyər.

-Bəs yad sözlərin dilə daxil olması tam şəkildə zərərli hesab edilə bilərmi?

-Dilin inkişafı təbii və dinamik prosesdir. Bütün dillər tarix boyu qarşılıqlı təsir, alınma sözlər və yeni ifadələrlə zənginləşib. Əgər alınma sözlər Azərbaycan dilinin fonetik, qrammatik və sintaktik sisteminə uyğunlaşdırılaraq istifadə olunursa, bu, dilin zənginləşməsi və söz ehtiyatının genişlənməsi üçün stimul yaradır.

Problemlər isə daha çox yanlış və məqsədsiz istifadədən qaynaqlanır. Bəzən artıq mövcud, milli sözlər yerinə yad sözlərin işlədilməsi müşahidə olunur. Bu, dilin strukturunu pozmur, lakin nitq prosesində qarışıqlığa səbəb olar, ifadə dəqiqliyini zəiflədə bilər. Bu baxımdan, dilin saflığı və düzgünlük prinsiplərinin qorunması əhəmiyyətlidir, lakin iki-üç yad sözün istifadə olunması dilin özünü təhlükəyə atmaz. Alınma sözlərin istifadəsi dili zənginləşdirən bir vasitə ola bilər. Vacib olan məsələ onların düzgün və normativ şəkildə işlənməsini təmin etməkdir. Dilin saflığı həm də sistemli tədris, media və ictimai maarifləndirmə vasitəsilə qorunmalıdır.

Bu sıraya bir məsələni də əlavə etmək istərdim. Çox vaxt ictimai müzakirələrdə alınma sözlərin işlədilməsi birbaşa “dilə təhlükə” kimi təqdim olunur. Bununla razı deyiləm. Alınma sözlərin işlədilməsi dilin özünə deyil, daha çox nitq prosesinə aiddir. Nitqdə müəyyən qarışıqlıq, bəzən məqama uyğun düşməyən söz seçimi ola bilər. Bu, dilin sistemini pozmur və mən bunu ciddi təhlükə hesab etmirəm. Əlbəttə, dilin saflığının qorunmasının tərəfdarıyam. Dastanlardan, bayatılardan, romanlardan, nənələrimizin nağıllarından, analarımızın laylalarından süzülüb gələn bir dili iki-üç alınma söz poza bilməz. Dilimizin özülləri kifayət qədər güclüdür. Problem sözün özü deyil, onun normativ istifadəsinin izah edilməməsidir. Yəni qayda var, ancaq tətbiq və nəzarət mexanizmi zəifdir.

-Dilin qorunması istiqamətində görülməsi vacib olan konkret işlərdən danışaq. Xüsusilə lüğətçilik sahəsində hansı problemləri görürsünüz?

-Açıq demək lazımdır ki, bu sahədə kifayət qədər ciddi boşluqlar mövcuddur. Orfoqrafiya lüğətimiz 5 ildən bir yenilənir, lakin müasir dövrdə dilin inkişaf dinamikası artıq illərlə deyil, aylarla ölçülür. Qloballaşma, informasiya texnologiyaları və yeni elmi istiqamətlərin təsiri ilə lüğət tərkibi sürətlə dəyişir. Bu prosesə adekvat reaksiya verilmədikdə, normativ baza faktiki olaraq geridə qalır. Əsas problem ondan ibarətdir ki, yeni söz və terminlərin normativ statusunu müəyyənləşdirən mexanizm həm ləng, həm də qapalı xarakter daşıyır. Halbuki daha çevik və ictimai iştirakçılığa əsaslanan model mümkündür. Məsələn, Türkiyə Respublikasında Türk Dil Qurumunun lüğət sistemi tamamilə onlayn platforma üzərində fəaliyyət göstərir və mütəmadi şəkildə yenilənir. Bu, həm iqtisadi baxımdan səmərəlidir, həm də geniş istifadəçi kütləsi üçün daha əlçatandır.

Bizdə isə hələ də minlərlə tirajla çap olunan, amma gündəlik dil praktikası üçün məhdud funksionallığa malik çoxcildlik (800-1000 səhifəlik) lüğət formatına üstünlük verilir. Hesab edirəm ki, Azərbaycan dilinin inkişafı üçün ən vacib məsələlərdən biri vahid milli onlayn lüğət platformasının yaradılmasıdır. Bu platforma orfoqrafiya lüğəti, izahlı lüğət, terminoloji fond, ensiklopedik məlumat bazası və onların hamısının mütəmadi yenilənən və mobil tətbiq üzərindən əlçatan vahid sistemi kimi komponentləri birləşdirməlidir. Belə bir platforma yalnız linqvistik normativliyi təmin etməyəcək, həm də dilin inkişafında ictimai iştirakçılığa şərait yaradacaq. Mənim fikrimcə, hazırda dilimizin qarşısında duran ən real və prioritet məsələ lüğət sisteminin vahid onlayn (elektron) lüğət platforması əsasında yenidən qurulmasıdır.

-Bəzən cəmiyyətdə rus dilinin dominant rol oynadığına dair narahatlıqlar var. Bu narahatlığı əsaslı sayırsınızmı?

-Bu gün rus dilinin müəyyən sahələrdə işlənməsi həm tarixi təhsil ənənələri, həm orta və ali məktəblərdə rus bölmələrinin mövcudluğu, həm də ölkəmizdə yaşayan rusdilli və çoxdilli icmalarla bağlıdır. Bu, Azərbaycanın multikultural və açıq cəmiyyət modelinin bir nəticəsidir. Burada milli kimliyə və ya dövlət dilinin mövqeyinə təhlükə axtarmaq doğru olmaz. Dil üzərindən milliyyətçilik aparmaq isə ümumiyyətlə sağlam yanaşma deyil.

Unutmayaq ki, dil situasiyası tarixi proseslərlə dəyişkəndir. Məsələn, 20-30 il əvvəl əmək bazarında üstünlük əsasən rus dilini bilənlərə verildiyi halda, bu gün qlobal iqtisadi və texnoloji trendlərə uyğun olaraq üstünlük ingilis dilinə keçib. Hazırda dünyada Çin dilinə marağın artması, ərəb dilinin nüfuzunun genişlənməsi də eyni məntiqə söykənir. Yəni dillərin sosial statusu zaman və iqtisadi güc faktorları ilə dəyişir.

Lakin bu proseslərin heç biri Azərbaycan dili üçün təhlükə yaratmır. Çünki dilimiz XX əsrdə 70 ilə yaxın rus dili hegemoniyasının güclü təsiri şəraitində belə öz fonetik quruluşunu, leksik-sintaktik sistemini və milli ifadə xüsusiyyətlərini qorumağı bacarıb. Yəni Azərbaycan dili milli-mədəni dayaqları güclü olan dildir və onun möhkəm bünövrəsini xarici təsirlər sarsıda bilməz.

Burada təhlükə yalnız gündəlik danışıqda məqsədsiz və normadan kənar yad sözlərin normaya çevrilməsi ola bilər. Bu da dilin lüğət sisteminin zəifləməsi yox, nitq mədəniyyətinin tənzimlənməsi məsələsidir.

-Türkiyə türkcəsindən gələn sözlərin yazılışında uyğunsuzluqlar narazılıq yaradırmı?

-Avropamənşəli sözləri fonetik sistemimizə uyğunlaşdırırıq, lakin türkcədən alınan sözlərdə bu yanaşma həmişə sabit olmur. Nəticədə eynimənalı sözlərin bir qismi “əsli kimi”, digəri isə “adaptasiya edilmiş” formada yazılır. Bununla yanaşı, şəxs adları, şəhər və qurum adlarının da fərqli yazılış nümunələri müşahidə olunur. Bu vəziyyət ictimaiyyət üçün çaşqınlıq yaradır və yazının vahidliyinə təsir göstərir. Bu səbəbdən vahid norma sənədi hazırlanmalı, tətbiqi mexanizm aydın şəkildə müəyyən edilməli və ictimaiyyətə açıq şəkildə təqdim olunmalıdır. Əks halda dil praktikada “kim necə işlətdi” prinsipi ilə parçalanır və vahid standart zəifləyir.

-Azərbaycan dilinin qorunması ilə bağlı nə tövsiyə edərdiniz?

-Azərbaycan dili bizim varlığımızdır. Biz dilimizi qorumasaq, özümüzü itirərik. Dövlət bu sahədə güclü hüquqi və konseptual baza yaradıb. İndi məsuliyyət aidiyyəti qurumların, ziyalıların, müəllimlərin, medianın və ən çox da gənclərin üzərindədir.

Dilin taleyi, əslində, sözün sahibinin vicdanı ilə ölçülür. Biz dilə necə yanaşırıqsa, dil də bizi o cür yaşadır. Ona görə də dil məsələsində emosional çağırışlardan çox şəxsi məsuliyyət və daxili mədəniyyət önəmlidir.

Sözlərimi Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı dərin mənalı fikirləri ilə yekunlaşdırmaq istəyirəm: “Özümüzün dili var - Azərbaycan dili və çox da gözəl dilimiz var. Çox belə ləzzətli dilimiz var. Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir. Millətin milliliyini saxlayan onun dilidir”.

Bu fikirlər təkcə dilə sevgi deyil, həm də milli kimliyimizin, mənəvi dayaqlarımızın əbədi istiqamətidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə naziri: Sərgilər həm də yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinə xidmət edir

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı