Eldar Quliyev:Türkmənistan tərəfindən Füzulidə məscidin tikilməsi Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir
Bakı, 10 oktyabr, AZƏRTAC
Qarabağdakı bərpa işlərində türk dövlətlərinin Azərbaycanın yanında olması böyük əhəmiyyət daşıyır. Bizdən sonra gələn nəsillər də Füzulidə məscidin Türkmənistan tərəfindən təməlinin qoyulmasının şahidi olacaqlar. Azərbaycan–Türkmənistan əlaqələri minilliklərə söykənir və tarixdən gələn möhkəm münasibətlərə əsaslanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Füzuli şəhərində Türkmənistan tərəfindən tikiləcək məscidin təməlqoyma mərasimi ilə bağlı keçirilən brifinqdə söyləyib.
O bildirib ki, Türkmənistan tərəfindən Füzulidə bu məscidin tikilməsi Azərbaycan xalqı tərəfindən böyük məmnuniyyətlə qarşılanır və yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]
Xalqın inamından tarixi Zəfərə ŞƏRH
- 03.10.2026 [13:07]
3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]