Elektrik enerjisindən istifadədə israfçılığa yol verilmir
Şərur, 16 may (AZƏRTAC). Şərur Rayon Elektrik Şəbəkəsindən AZƏRTAC-a verilən məlumata görə, elektrik enerjisindən istifadə qaydalarını yoxlamaq məqsədi ilə may ayında yenidən reydlərə start verilmişdir. Reydlərdə rayon icra hakimiyyəti, prokurorluq, daxili işlər və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar nazirliklərinin rayon şöbələrinin nümayəndələri iştirak etmişlər. Onlar sayğaclardan düzgün istifadə qaydaları, standartlara uyğun olmayan elektrik avadanlığından istifadənin törədə biləcəyi fəsadlar barədə istehlakçılara məlumat vermiş, belə halların qarşısının alınmasında onların üzərinə düşən vəzifələri izah etmişlər.
Reyd briqadası rayonun Düdəngə, Yengicə, Zeyvə, Kürkənd, Çomaxtur kəndlərində və Şərur şəhərində olmuşlar. Reyd zamanı elektrik enerjisindən israfçılıqla istifadə hallarına yol verilmədiyi müşahidə edilsə də, bəzi nöqsanlar aşkarlanmışdır. Evlərə baxış zamanı elektrik xətlərindəki nasazlıqlar, yanmış sayğaclar operativ olaraq standartlara uyğun şəkildə yeniləşdirilmişdir. Əhali arasında maarifləndirici söhbətlər davam etdirilmişdir.
Reydlər muxtar respublikanın bütün rayonlarında aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]