Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə yeni troyanla bağlı xəbərdarlıq edib
Bakı, 22 oktyabr, AZƏRTAC“MX Lab” elektron poçt vasitəsi ilə yayılan “my new photo” mövzulu yeni troyanı aşkar edib. Saxta e-poçt mesajı vasitəsilə göndərilən bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə onlara göndərilmiş bu məzmunlu e-poçt mesajlarını açmamağı və e-poçt mesajına əlavə edilmiş faylı kompyuterə yükləməməyi tövsiyə edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, e-poçt mesajına əlavə edilmiş arxiv faylın adı photo.zip-dir, photo.exe fayl genişlənməsi ilə 57 kb həcmindədir. Troyan “HEUR/QVM03.0.Malware.Gen” və ya “Win32:Malware-gen.” zərərli proqram təminatının bir növüdür.
Qeyd edək ki, 53 antivirus proqramından yalnız 2-si bu troyanı aşkar edə bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]