Elektron xidmətlərdən istifadədə yaş həddi yoxdur
Bakı, 30 avqust (AZƏRTAC). Elektron xidmətlərdən istifadədə yaş həddi yoxdur.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən 1932-ci il təvəllüdlü fərdi sahibkar Baxışov Ələkbər Məmməd oğluna "Elektron imza" kartının verilməsi məhz belə bir baryerin olmamasının təzahürü, həmçinin elektron xidmətlərə getdikcə artmaqda olan marağın real göstəricisidir. Bundan əlavə, 82 yaşlı "Elektron imza" sahibinə birillik yüksəksürətli internet, genişzolaqlı internetə qoşulmaq üçün modem hədiyyə olunub. Həmçinin müraciət edənin yaşı, eyni zamanda, gələcəkdə kartın itirilməsi, unudulması və s. kimi halların baş verə bilmə riski nəzərə alınaraq, ona iki kart oxuyucusu, iki elektron imza kartı təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, hazırda "Elektron imza" kartı alanların sayı 22 mini ötüb. E-imza müasir dövrün tələbləri üçün səmərəli həll hesab edilir və bu xidmət elektron dünyada şəxsiyyəti müəyyənləşdirən bir vasitədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdar edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]