ƏLİCANÇAY SU BƏNDİ MİNLƏRLƏ HEKTAR SAHƏNİN SUVARILMASINI TƏMİN EDƏCƏKDİR
Şəki, 1 fevral (AZƏRTAC). Şəki şəhərindən 70 kilometr məsafədə, Cəyirli kəndinə yaxın ərazidən axan Əlicançay üzərində inşa edilən su bəndi və 14 kilometr uzunluğunda kanal istismara verilmək ərəfəsindədir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq tikintisinə 2006-cı ildə başlanılan bu nəhəng hidrotexniki qurğunun işə düşməsi nəticəsində rayonun uzun illər quraqlıq problemi ilə üzləşən “Trud düzü” və “Sarıca” ərazilərində 4 min hektardan artıq sahənin suvarılması mümkün olacaqdır. Eyni zamanda həmin ərazidə yerləşən Cəyirli, Şəki, Quşçuluq və digər kəndlərin içməli su ilə təchizatı daha da yaxşılaşacaqdır.
Əlicançay üzərində bəndin, habelə suyun anbara ötürülməsini təmin edəcək boru kəməri və beton kanalın bir hissəsinin tikintisi başa çatdırılmışdır. Kanalın qalan hissəsi və su anbarının tikintisində isə son tamamlama işləri görülür.
Qurğunun inşasını “Azərsutikinti” Səhmdar Cəmiyyətinin Şəki Su-Tikinti Törəmə Müəssisəsinin kollektyivi həyata keçirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]