Əlilliyi olan gənclər “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda
Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində xidmətlərdən yararlanan benefisiarlar üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil edilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, ekskursiya zamanı iştirakçılar qoruğun ərazisi ilə yaxından tanış olublar, qədim yaşayış məskənləri, memarlıq nümunələri və burada yaşayan əhalinin həyat tərzini əks etdirən eksponatlar haqqında məlumat alıblar.
Tədbirin məqsədi iştirakçıların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onların milli-mədəni irs haqqında biliklərini artırmaq və cəmiyyətə inteqrasiyalarını dəstəkləmək olub.