CƏMİYYƏT
Əlilliyi olan şəxslərin alternativ hesabatların hazırlanması ilə əlaqədar layihəsi başa çatıb
![Əlilliyi olan şəxslərin alternativ hesabatların hazırlanması ilə əlaqədar layihəsi başa çatıb](/files/2024/1/1200x630/17068809901703132810_1200x630.jpg)
Bakı, 2 fevral, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsi başa çatıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən icra olunan “Azərbaycanda həssas qrupların hüquqlarının müdafiəsi” çərçivəsində həyata keçirilən layihə on ay davam edib.
Əlil Təşkilatları İttifaqının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin məqsədi əlilliyi olan şəxslərin iştirakçılığının artırılması, BMT qurumları ilə əməkdaşlıq, beynəlxalq təşkilatlarda təmsilçilik, donorlarla əlaqələrin qurulması kimi bacarıqların inkişaf etdirilməsinin davamı və s. olub.
Layihə nəticəsində əlilliyi olan şəxslərin 15 təşkilatı həmin istiqamətlər üzrə, 30 nəfər alternativ hesabatların hazırlanması qaydaları ilə bərabər BMT qurumları ilə əməkdaşlıq, beynəlxalq təşkilatlarda təmsilçilik, layihələrin tərtib olunması və yerinə yetirilməsi, komandada işləmək vərdişləri, donorlarla əlaqələrin qurulması kimi bacarıqlar əldə edib, iki broşür nəşr olunub.