“Əlini mənə ver, dostum" adlı tədbir keçirilib
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin Nəsimi bazasında Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Əlini mənə ver, dostum” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində uşaqlar üçün əyləncəli konsert proqramı təşkil olunub. Tədbirdə xüsusi qayğıya ehtiyacı olan Səlimli Abdurrəhmanın “Sehrli dünyam” adlı sərgisi nümayiş edilib.
Tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün olduqca əyləncəli və yaddaqalan keçib.