Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müstəqillik dövrü Azərbaycan nəvaişünaslığının ən sanballı nümunəsidir

“Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müstəqillik dövrü Azərbaycan nəvaişünaslığının ən sanballı nümunəsidir

Bakı, 22 avqust, AZƏRTAC

Özbək və Azərbaycan ədəbiyyatları qədim zamanlardan bir-biri ilə yanbayan inkişaf edən iki qardaş ədəbiyyatdır. Bugünkü dövrdə də bu iki xalqın ədəbiyyatşünasları bir-birinin zəngin ədəbi irsi ilə daim maraqlanırlar. Özbək ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında bir çox tədqiqatların mövzusu olub. Özbək folklorunun nağıl, dastan, tapmaca, atalar sözləri kimi janrlarının bənzərsiz nümunələri Azərbaycan xalqının sevimli əsərlərinə çevrilib. Yaxın keçmişimizin məşhur yazıçılarından Əbdürrauf Fitrət, Həmzə Həkimzadə Niyazi, Abdulla Qədiri, Əbdülhəmid Çolpan, Abdulla Qəhhar, Həmid Alimcan, Zülfiyyə, Qafur Qulam, Maqsud Şeyxzadə, Kamil Yaşin və Camal Kamalın əsərləri Azərbaycan dilinə tərcümə olunub, ayrıca kitab şəklində nəşr edilib.

Həmçinin ədəbiyyatşünaslıq sahəsində bir sıra işlər görülüb. Özbək ədəbiyyatına dair təkcə elmi məqalələr deyil, həm də çoxlu dissertasiyalar yazılıb. Bunlara Azad Nəbiyev, Xəlil Rza Ulutürk, Cənnət Nağıyeva, Almaz Ülvi Binnətovanın xüsusi elmi araşdırmalarını əlavə etmək olar.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Shuxrat Sirojiddinovun “Əlişir Nəvainin əsri və nəsri” monoqrafiyası müstəqillik dövrü Azərbaycan nəvaişünaslığının ən sanballı nümunəsidir” sərlövhəli məqaləsində yer alıb.

Məqalədə bildirilir ki, Özbəkistanda da Vahid Abdullayev, Vahid Zahidov, İzzət Sultan, Natan Mallayev, Ləziz Kayumov, Həmid Süleymanov, Parso Şəmsiyev, Suyimə Ğəniyeva, Şirəli Turdiyev, Həsənxoca Məhəmmədxocayev, Səid Əliyev, Xaliq Koroğlu, Akif Bağırov, Yaşar Qasımov kimi alimlər Azərbaycan ədəbiyyatı ilə bağlı tədqiqatlar aparıblar. Bundan başqa, Azərbaycan yazıçılarının əsərlərinin özbək dilinə tərcüməsində müəyyən təcrübə qazanılıb. Camal Kamal, Osman Qoçkar, Şəhla Qasımova, Gülbahar Aşurova kimi yaradıcı-tədqiqatçıların tərcümələri vasitəsilə özbək oxucuları Azərbaycan ədəbiyyatı ilə mütəmadi tanış olurlar.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildi. 2021-ci ilin əvvəlindən Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi Fərmanı ilə Əlişir Nəvainin 580 illik yubileyi geniş şəkildə qeyd olundu. Hər iki xalq Nizamini və Nəvaini eyni dərəcədə əziz və hörmətli hesab edir.

Məqalə müəllifinin fikrincə, Əlişir Nəvainin yaradıcılıq irsinin öyrənilməsi Özbəkistan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin inkişafının yüksək məqamıdır. Qeyd olunub ki, nəvaişünas-alim Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası hər iki ölkədə böyük hadisə kimi dəyərləndirilib. Bu kitabda şair Əlişir Nəvai daha çox dilçi, ədəbiyyatşünas, əruzşünas - nəzəriyyəçi-alim, tarixçi, ilahiyyatçı, təzkirəşünas, sənədşünas alim kimi təqdim olunub. Monoqrafiyaya həsr olunmuş konfransın materiallarında (Bakı, 2021) akademik İsa Həbibbəyli, akademik Şuhrat Sirojiddinov, professorlardan – Tanju Seyhan, Dilorom Salahi, Həmidulla Baltobayev, Qazaqbay Yoldaş, Nurbay Cabbar, Yaşar Qasım, Əlizadə Ələsgərli, Maqsud Asadov və bir çox tanınmış elm adamlarının, diplomat-səfirlərdən Bahrom Aşrafxanov (Özbəkistan) və Amanullah Ceyhunun (Əfqanıstan) məqalələri yer alıb.

Akademik Shuxrat Sirojiddinov məqaləsində qeyd edir ki, Almaz Ülvinin özbək ədəbiyyatına olan məhəbbəti, dostluğa, adət-ənənələrə böyük hörməti onun ədəbi əlaqələrə həsr etdiyi elmi araşdırmalarında öz əksini tapıb. “Professorun özbək ədəbiyyatına, xüsusən də Əlişir Nəvai yaradıcılığına həsr olunmuş “Əlişir Nəvainin əsri və nəsri” kitabının Azərbaycanda nəşri bizi sevindirdi. Kitabda Nəvainin epik və lirik əsərlərinə diqqət yetirilir, yazıçının hər bir əsərinin bədii şərhində onun yeni cəhətləri tədqiq edilərək oxucunun (və ya araşdırmaçının) diqqətinə çatdırılır”, - deyə məqalədə qeyd olunur. Müəllif daha sonra Almaz Ülvinin bu fikrinə diqqət çəkir: “Əlişir Nəvainin Nizami Gəncəviyə münasibəti, Məhəmməd Füzulinin Əlişir Nəvai haqqında yüksək fikirləri xalqlarımız arasında ədəbi əlaqələrin təməl daşıdır”.

Məqalədə vurğulanır ki, Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri” (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası müstəqillik dövrü Azərbaycan nəvaişünaslığının ən sanballı nümunəsidir. Bu monoqrafik tədqiqatda Əlişir Nəvainin dövrü və həyatı ilə birlikdə onun bədii nəsri dərin və əhatəli araşdırmadan sonra oxuculara təqdim olunur. Bu kitab Nəvainin iyirmi bir əsərini oxumaq və anlamaq üçün aydın mənbə kimi qiymətlidir.

Akademik Shuxrat Sirojiddinov məqaləsində monoqrafiyanın “Əlişir Nəvai: dövrü, həyatı və yaradıcılığından səhifələr”, “Əmir Əlişir Nəvainin ədəbi xəzinəsinin inciləri” fəsillərinə toxunur, tədqiqatın növbəti hissəsinin Nəvainin elmi-filoloji, dini-təsəvvüfi əsərlərinin xronologiyasını əhatə etdiyini bildirir. Qeyd edir ki, Əlişir Nəvainin dini-təsəvvüfi əsərlərinin şərhinə həsr olunan bölmə də diqqətəlayiqdir: “Hədisi-Ərbəin”, “Nəzmul-cəvahir”, “Lisanut-teyr”, “Qisseyi-Şeyx Sənan”, “Siracul –muslimin”, “Məhbubul-qülub”, “Oxatma haqqında risalə”, “Minacat” və bu kimi əsərlərin məzmun və fəlsəfəsi ətraflı şərh edilir, şairin şəxsi fikirlərinə də geniş yer verilir”.

Məqalədə monoqrafiyanın “Əlişir Nəvai və Azərbaycan” adlı xüsusi bölməsinə diqqət çəkilir. “Bu bölmədə Azərbaycan nəvaişünaslığında və ədəbiyyatşünaslığında Nəvai yaradıcılığının tədqiqi məsələsi geniş və ətraflı işıqlandırılıb. Kitabın sonunda müəllif Almaz Ülvinin özbək ədəbiyyatı və Nəvai yaradıcılığı ilə bağlı əsərləri haqqında biblioqrafik siyahı verilib. Hesab edirik ki, Almaz Ülvi Binnətovanın “Əlişir Nəvainin əsri və nəsri (elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyası Özbəkistanın və qardaş ölkənin elmi ictimaiyyətinin böyük marağına səbəb olub. Bu mənada Almaz xanımın bu kitabı xalqlarımız və ölkələrimiz arasında çoxəsrlik əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına xidmət edir. Bunun Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin, alimin çoxillik tədqiqatlarının, Nəvai yaradıcılığı ilə bağlı yorulmaz fəaliyyətinin, eyni zamanda, Nəvai şəxsiyyəti, yaradıcı irsi və özbək ədəbiyyatına böyük hörməti olduğunu desək, yanılmarıq”, - deyə akademik Shuxrat Sirojiddinov yazır.

Müəllif məqalənin sonunda Almaz Ülvi Binnətovanın 2022-ci il avqustun 30-da Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edildiyini xatırladır, onun Türk dünyasının bir çox medalları ilə də təltif olunduğunu, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, bu ölkənin bir çox universitetlərinin fəxri professoru olduğunu qeyd edir, onun ədəbi əlaqələr kontekstində fəaliyyətini yüksək dəyərləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib